Rəsmən boşandılar
29 Yanvar 2016 19:05 Dünya"Fənərbağça"lı futbolçu Caner Erkin yoldaşı Asena Erkin ilə rəsmən boşanıb. Milli.Az Türkiyənin "Vətən" qəzetinə istinadən xəbər verir ki, cütlüyün məhkəmə prosesi İstanbul 2, Ailə Məhkəməsində baş tutub. Boşanmaq üçün məhkəməyə müraciət edən cütlük bir-birlərindən heç bir təzminat tələb etməyib. Hakim baş tutan ilk məhkəmə prosesində Caner və Asenanın ayrılmağı barədə qərar qəbul edib.
Qeyd edək ki, Caner Erkin və Asena 2010-cu ildə ailə həyatı qurmuşdular. Cütlüyün Çinar adlı övladı var.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00