Telefonlar üçün ödənişsiz videozəng mümkün olacaq

"Skype VOIP" xidməti ödənişsiz videozənglərin istifadəyə verilməsinin onilliyini qeyd edir. Xeberler.az xəbər verir ki, bununla əlaqədar şirkət bütün mobil əməliyyat sistemləri (Android, iPhone, iPad və Windows 10) üçün ödənişsiz qrup videozəngləri funksiyasını işə salmağı planlaşdırır. Bu funksiya artıq 2 ildir masaüstü kompüter istifadəçiləri üçün əlçatandır. Şirkətin məlumatına görə, indi "Skype" internet-telefoniya xidməti üzərindən edilmiş ödənişsiz kollektiv videoçatların ümumi müddəti 2 trilyon dəqiqə təşkil edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00