Bülent Ersoy xəstəxanadan çıxmaq istəmir

"Donuz qripi" xəstəliyinə tutulan Türkiyənin məşhur müğənnisi Bülent Ersoy 1 həftə xəstəxanada müalicə alıb. Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni bu gün evə buraxılacaq. Həkimlər dünən onu evə göndərmək istəyəndə müğənni: "mənim batil inanclarım var, 13 uğursuz rəqəmdir, ayın 13-ü buradan çıxa bilməzdim", - deyib.

Qeyd edək ki, müğənninin vəziyyəti yaxşılaşıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00