Aldığı boşqab dəstinə görə polis tərəfindən saxlanıldı
14 Yanvar 2016 19:12 Dünya"İlişki durumu karışık" serialının Elifi Eda Ece hava limanında polis tərəfindən saxlanılıb. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Kocan kadar konuş: Diriliş" filminin qalası üçün Amsterdama gedən aktrisa qayıdarkən hava limanında gözlənilməz vəziyyətlə üzləşib. Edanın evi üçün aldığı silahşəkilli boşqab dəsti polisi şübhələndirib. Bir müddət sorğu-sual edilən E.Ece yalnız boşqab dəsti götürülüb alındığı mağazanın adı dəqiqləşdiriləndən sonra sərbəst buraxılıb və Türkiyəyə qayıda bilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00