Din

İsrail mətbuatı Azərbaycandakı tolerantlıqdan yazdı

6 Dekabr 2017 14:54

İsrailin nüfuzlu “The Jerusalem Post” qəzetində pakistanlı yazıçı Sarmad İqbalın Azərbaycandakı tolerant və multikultural mühitdən bəhs edən məqaləsi çap olunub. “OLAYLAR”-ın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə, müəllif məqaləsində yazır ki, əhalisinin 96 faizi müsəlmanlardan ibarət olan Azərbaycanda dini zəmində heç bir qarşıdurma baş verməyib. Əksinə əsas dini İslam dini olan Azərbaycan mütərəqqi və dünyəvi dövlət nümunəsi kimi müsəlman dünyasında yeni bir səhifə açıb.

Sumqayıtda “Şəhadət” sənədli filmi nümayiş etdirilib

5 Dekabr 2017 17:07

Dekabrın 5-də Sumqayıt şəhəri 8 saylı tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sifarişi ilə çəkilən “Şəhadət” sənədli  filmi  nümayiş olunub. Tədbirdə məktəbin direktoru Ruhiyə Abdullayeva, DQİDK-nın Sumqayıt  bölgəsi üzrə şöbəsinin əməkdaşı  Ülvi Məmmədov, müəllimlər  və yuxarı sinif şagirdləri iştirak ediblər. “OLAYLAR”-ın Dini Komitəyə istinadən verdiyi xəbərə görə, məktəb direktoru Ruhiyə Abdullayeva çıxışında dövlət quruculuğunda  və  cəmiyyətin inkişafında gənclərin rolundan danışıb. Qeyd  edib ki, gənclərin milli-mənəvi, dini dəyərlərimiz və vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində maarifləndirmə işinin düzgün təşkili olduqca vacibdir. Bu baxımdan Dövlət  Komitəsinin sifarişi ilə çəkilən və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinə  həsr  olunmuş “Şəhadət” sənədli  filmi təsirli vasitədir.

Mübariz Qurbanlı: “Azərbaycanda din amilindən istifadə edib qarşıdurma yaratmaq mümkün deyil”

30 Noyabr 2017 13:35

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Prezident yanında Gənclər Fondunun birgə təşkilatçılığı ilə “Gənclər və dini icmalar: əməkdaşlıq və inkişaf” mövzusunda konfrans keçirilib. Konfransda Dövlət Komitəsi və Gənclər Fondunun rəhbərliyi, dini icma sədrləri və gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.

Yasda Quran oxunması düzgün deyil, “Yasin”insə ölüyə heç bir xeyri yoxdur - GÜNDƏM YARADACAQ İDDİA

29 Noyabr 2017 15:01

“Qurani Kərim”in heç bir yerində bu kitabın müqəddəs olması barədə ayəyə rast gələ bilməzsiniz”. Bu fikirlərin müəllifi ilahiyyatçı Elşad Miridir. O, bu fikirləri ətrafında müzakirələr səngiməmiş sosial şəbəkədə yeni bir video-müraciət yayıb. E.Miri bu müraciətilə yeni bir müzakirənin əsasını qoyub. Belə ki, ilahiyyatçı islamda sehr, siğə və ölüyə Quran oxunmaması ilə bağlı suallara cavab verəcək kitab yazdığını deyib.

Şeyxülislam: "Qarabağ münaqişəsi ilə postsovet məkanında separatizm və millətlərarası qarşıdurmanın əsası qoyulub"

23 Noyabr 2017 12:17

"MDB məkanında sülhə zərər vuran münaqişələr bizi narahat etməyə bilməz". Məlumata görə, bunu Sankt-Peterburq şəhərində keçirilən "Rusiya-Azərbaycan: sülh, təhlükəsizlik və əməkdaşlıq naminə konfessiyalararası dialoq və islam həmrəyliyi" mövzusunda beynəlxalq konfransda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə bildirib.

RƏSMİ: İŞİD-ə qoşulan 200-dən çox şəxsin vətəndaşlığı ləğv edilib

17 Noyabr 2017 13:30

"Araşdırmalara əsasən son il yarım ərzində Azərbaycan vətəndaşlarından Suriyada və İraqdakı qeyri-qanuni birləşmələrə qoşulma halları olmayıb". Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib. Komitə rəsmisi bildirib ki, son aylar İŞİD-in üzərinə böyük hücumdan sonra həmin birləşmələrdən azərbaycanlıların qaçışı başlayıb.

Dinlə maraqlanan gənclərə ciddi xəbərdarlıq edildi

17 Noyabr 2017 12:16

"Ölkəmizdə dini radikalizm, dini ekstremizmin sosial bazası yoxdur".  Bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib. Komitə rəsmisi bildirib ki, Azərbaycan tarixən tolerant dövlət olub.

“Kiminsə durub İslamı radikal adlandırması yolverilməzdir”

16 Noyabr 2017 14:13

Yaxın Şərqdə, müsəlman dünyasında artan silahlı qarşıdurmalar, terror hücumları təəssüflər olsun ki, İslam dini barədə yalnış təsəvvürlərin formalaşmasına, yayılmasına səbəb olub. Xüsusilə, bu terror hücumlarının özünü İslam dininə bağlamağa cəhd edən bir sıra radikal qruplaşmalar tərəfindən həyata keçirilməsi ümumilikdə İslam dininin haqsız olaraq terrorla eyniləşdirilməsi kimi mənfi fəsadlara yol açıb.

Məhərrəmliklə bağlı monitorinqlərin nəticələri açıqlandı

14 Noyabr 2017 16:05

Məhərrəmlik mərasimlərindən sayılan "Ərbəin günü" (İmam Hüseynin şəhadətinin qırxıncı günü) Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təqviminə uyğun olaraq, noyabrın 9-na təsadüf edib.

“İslami dəyərlər və Şəhidlik” mövzusunda seminar-treninq keçirilib

6 Noyabr 2017 17:02

Noyabrın 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Masallı rayonu Rəhim Tağıyev adına Tarix-Diyarşunaslıq Muzeyinin birgə təşkilatçılığı ilə “İslam Həmrəyliyi İli” çərçivəsində“İslami dəyərlər və Şəhidlik” mövzusunda seminar-treninq keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyində baş tutan seminar-treninqdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Kamil Bağrov, Muzeyin direktoru Əntiqə Tağıyeva və əməkdaşları, Masallı Regional Dövlət Kollecinin tələbələri, eyni zamanda ictimaiyyət nümayəndələri iştirak ediblər.

İslamın hər hansı bir modeli varmı?

25 Oktyabr 2017 14:32

Ərəb İslamı, türk İslamı, fars İslamı və sair kimi ifadələri tez-tez eşidirik. Son illər mətbuatda, gündəlik həyatda İslamın Azərbaycan modeli ifadəsinin də işləndiyinin şahidi oluruq. Həqiqətən də İslamın ərəb, türk, fars modelləri vardırmı və İslamın Azərbaycan modeli deyildikdə nə nəzərdə tutulur? Ümumiyyətlə İslamın hər hansı bir modeli deyildikdə onun bu dini qəbul edən cəmiyyət tərəfindən şəkilləndirilməsimi, yoxsa mövcud olduğu cəmiyyətin mədəniyyətinin həmin dinə təsirimi, və yaxud da İslamın yayıldığı ölkələrdəki dövlət quruluşu və həmin quruluşun dini tənzimləməsimi başa düşülür və ya başa düşülməlidir?

Dini radikalizmlə mübarizənin başlıca yolları müzakirə edilib

24 Oktyabr 2017 14:44

Oktyabrın 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Qazax Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dini radikalizmlə mübarizənin başlıca yolları: nəzəriyyə və təcrübə” mövzusunda seminar-treninq keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbiri giriş sözü ilə açan Qazax RİH başçısının müavini Gülayə Həsənova keçirilən tədbirin əhəmiyyətindən danışıb. O bildirib ki, keçirilən seminar-treninqlər cəmiyyətin, xüsusilə də gənclərin dini radikalizmə qarşı maariflənməsində əvəzsiz rol oynayır. G.Həsənova vurğulayıb ki, son dövrlər bəzi müsəlman ölkələrində baş verən münaqişələr dini radikalizm və məzhəb ayrı-seçkiliyinin nəticəsidir.

İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyəti müzakirə edilib  

24 Oktyabr 2017 14:12

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə İsmayıllıda "İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri" mövzusunda seminar-müşavirə keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbiri giriş sözü ilə açan İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov seminar-müşavirənin əhəmiyyətini qeyd edərək İslam dəyərlərinin öyrənilməsinin və düzgün təbliğ olunmasının, bu sahədə maarifləndirmə işinin təşkilinin daha da gücləndirilməsinin zəruriliyi, habelə dini icmaların cəmiyyətdə radikalizm meyillərinin qarşısının alınması və sosial məsələlərin həlli prosesinə cəlb edilmələri barədə ətraflı danışıb. Mirdaməd Sadıqov rayonda bu istiqamətdə həyata keçirilən tədbirlərin nəticələrindən söhbət açıb.