Din
Dini Komitə maarifləndirmə tədbiri keçirib
Yanvarın 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Balakən Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Balakəndə “Sağlam həyat, yüksək mənəviyyat naminə narkomaniyaya “Yox” deyək” mövzusunda tədbir keçirilib. “OLAYLAR” Dini Komitəyə istinadən xəbər verir ki, tədbiri giriş sözü ilə açan məktəbin direktoru Yeganə Zamanova narkomaniyanın insan sağlamlığına zərərlərindən danışıb, məktəblilərə bu zərərli vərdişdən kənar durmağı tövsiyə edib.
Bəzi qeyri-ənənəvi İslami məzhəblərdən ziyanlı çağırış
Zaman-zaman müəyyən məkirli qüvvələr, xaricdəki maraqlı dairələr Azərbaycanda dövlət-din münasibətlərinə dair yalnış təsəvvürlər, fikirlər formalaşdırmağa, cəmiyyətdə çaşqınlıq yaratmağa çalışırlar. Onlar hər vəchlə iddia edir və hım daxildə, həm də xaricdə belə fikir formalaşdırırlar ki, guya ölkəmizdə dövlət-din münasibətləri normal məcrada deyil, dindarlar təqib və təzyiqlərə məruz qalırlar və. s. Ancaq mövcud reallıq heç də antiAzərbaycan şəbəkənin iddia etdiyi durumdan ibarət deyil. Bunun tam əksi.
Gənclər radikal meyillərdən qorunur
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin və Mingəçevir şəhər 7 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə “Gənclərin radikal meyillərdən qorunması” mövzusunda tədbir keçirilib. “OLAYLAR” Dini Komitəyə istinadən xəbər verir ki, tədbiri giriş sözü ilə açan tam orta məktəbin direktoru Anar İsmayılov bu cür dini maarifləndirmə tədbirlərinin gənclərin radikalizmdən qorunması sahəsindəki əhəmiyyətli rolundan danışıb.
Multikulturalizm Azərbaycan dövlətinin həyat tərzinə çevrilib
Azərbaycan zəngin tarixə, qədim adət-ənənənlərə malik ölkələrdən biri kimi həm də özündə müxtəlif mədəniyyətləri, dinləri birləşdirir. Belə ki, hələ tarixin uzaq keçmişindən müxtəlif xalqların və tayfaların, yadellilərin ölkəmizin ərazisinə hücumları, Azərbaycandan karvan yolu kimi istifadə etmələri, eləcə də buradan nəqliyyat dəhlizi kimi istifadə edərək ətraf ərazilərə həyata keçirdikləri işğalçılıq siyasəti nəticəsində yüzlərlə ailə müxtəlif səbəblərdən Azərbaycanda məskunlaşmış, burada özünün mədəniyyətini, dinini yaşadıb inkişaf etdirmişlər. Bütün bu amillər Azərbaycanda dini müxtəliflik, multikulturalizm yaratmışdır. Müsəlman ölkəsi olmağımıza baxmayaraq Azərbaycanda xristianlar, yəhudilər, eləcə də digər dinlərin nümayəndələri yaşayırlar ki, əslində bu da bizim bir növ milli sərvətimizdir. Təsadüfi deyil ki, bütün bunlardan irəli gələrək Azərbaycan haqlı olaraq miltikultural ölkə kimi xarakterizə edilir.
Allahşükür Paşazadə: “Azərbaycan dini həmrəylik mühitinin təşəkkülündə, İslam mədəniyyətinin dünyada yayılmasında mühüm rol oynayır”
Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının yanvarın 9-da Milad bayramı münasibətilə təşkil etdiyi qəbulda Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə çıxış edərək Milad bayramı münasibətilə təbriklərini çatdırıb. O, bildirib ki, Azərbaycanda müsəlmanlar, pravoslavlar, katoliklər, yəhudilər və digər din mənsubları dostluq, qardaşlıq şəraitində yaşayırlar.
Başqasının sevgilisini sevmək dinimizdə necə qarşılanır?
Milli-mənəvi dəyərlərin qorunmasında İslam dininin rolu müzakirə edilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Sabirabad rayonu Dadaşbəyli kənd məscidi dini icması tərəfindən “İslam həmrəyliyi və milli-mənəvi dəyərlərimiz” layihəsi çərçivəsində “Milli-mənəvi dəyərlərin qorunmasında İslam dininin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib. “OLAYLAR”-ın Dini Komitəyə istinadən verdiyi xəbərə görə, tədbiri giriş sözü ilə açan Sabirabad rayonu Dadaşbəyli kənd məscidi dini icmasının sədri Əlisoltan Əliyev ölkəmizdə milli-mənəvi dəyərlərin qorunmasına dövlət dəstəyindən danışıb. O, həmçinin xalqımızın zəngin milli-mənəvi və dini dəyərlərə malik olduğunu, bu dəyərlərin qorunması və gələcək nəsillərə çatdırılmasının vacib olduğunu bildirib.
Mübariz Qurbanlı: “Bizim dini icmalara yardım etməyimizdə hər hansı qanun pozuntusu yoxdur”
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Əsasnaməsində Dövlət Komitəsinin dini qurumlara maddi yardım göstərmək səlahiyyətinin olmadığı, bununla bağlı Əsasnaməyə dəyişikliyin nəzərdə tutulub-tutulmadığına aydınlıq gətirilib. Məlumata görə, Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib ki, dövlətin dini himayə etməsi birbaşa qadağa deyil.
Agent mollalar din adı altında Azərbaycana göndərilir
Ocaq Nejat İranın Azərbaycandakı agentidir. “OLAYLAR”-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən ilahiyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov deyib ki, beyni yuyulmuş bəzi avam azərbaycanlılar isə onu ilahi bir qüvvə kimi qarşılayırlar: “Məhz belələrinə ağa deyənlər ölkəmizdə olan gənc ilahiyatçıları qaralamaqla məşğuldurlar. Saysız hesabsız maarifləndirici yazılar yazırıq, kitablar nəşr edirik. Bunların təqlibçiləri bizim belə faydalı işlərimizi görməzlikdən gəlirlər.
Dini icmalara şəhadətnamələr verilib
Dekabrın 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində dövlət qeydiyyatına alınmış 9 dini icmaya şəhadətnamələr təqdim edilib. “OLAYLAR”-ın Dini Komitəyə istinadən verdiyi xəbərə görə, tədbirdə Prezident İlham Əliyev tərəfindən ölkəmizdə elan edilən “İslam Həmrəyliyi İli”nin əhəmiyyətinə toxunan Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov bu müdrik, düşünülmüş addımın istər ölkəmiz baxımından, istərsə də dünya miqyasında strateji əhəmiyyətə malik olduğunu bildirib. Bunun dünən Bakıda keçirilən beynəlxalq konfransda da bir daha öz təsdiqini tapdığını vurğulayıb.
Allahşükür Paşazadə: “Mən nə qədər varam, Qafqaz Müsəlmanları İdarəsinin qurultayı keçirilməyəcək”
“Mən nə qədər həyatda varam, Qafqaz Müsəlmanları İdarəsinin qurultayının keçirilməsinə ehtiyac yoxdur”. Məlumata görə, bunu QMİ sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib.
Dini radikalizmə qarşı mübarizədə gənclərin rolu müzakirə edilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsinin və Qobustan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “İslam Həmrəyliyi İli” çərçivəsində Qobustan rayonu Cəyirli kənd A.Quliyev adına tam orta məktəbdə “Dini radikalizmə qarşı mübarizədə gənclərin rolu” adlı tədbir keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Əhmədov, Qobustan Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov, tam orta məktəbin direktoru Məsud Əliyev, R.Hüseynov adına ümumi orta məktəbin direktoru Ağakərim Şirinov, eləcə də məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Mübariz Qurbanlı "ordu qəbiristanlığı"nın salınması təklifinə münasibət bildirib
Azərbaycanda ayrıca "ordu qəbiristanlığı"nın salınması təklifi müzakirə oluna bilər. Məlumata görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Din adından istifadə cəhdləri və ölkədə xaos yaratmağa meyilli olan “dindarlar”
Son vaxtlar bəzi insanların din adından istifadə edərək özlərindən şəriət qayda-qanunları tətbiq etdiklərinin şahidinə çevrilirik. Məsələ o qədər ciddi xarakter alıb ki, artıq ölkəmizdə də bu kimi insanlara rast gəlmək mümkündür. Din adından istifadə edərək dindən tamamilə uzaq, onun hökmlərinə uyğun olmayan qayda və qanunlar tətbiq etməyə çalışan həmin şəxslər nə qədər təəssüflü olsa da, özlərinə tərəfdar toplamağa da nail olurlar. Yaranmış xoşagəlməz vəziyyət isə həqiq mənada dinlə məşğul olan, İslamın hökmlərinə əməl edən dindarları ciddi şəkildə narahat edir. İlahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov da deyir ki, bəzi özünü müsəlman, imanlı hesab edən şəxslər sanki özlərindən qanunlar tətbiq edirlər.
İslam içində elə radikal qaraguruh formalaşıb ki,...
Günümüzdə İslam dini böyük bir coğrafiyaya, Qərbə, Avropaya yayılmaqla yanaşı. Onun mənfi tendensiyaları da özünü göstərir, büruzə verir. Belə mənfi tendensiyalardan biri də radikallığın artmasıdır. Ən pis cəhət odur ki, bu radikallıq hər bir istiqamətdə özünü göstərir. İnsanlara qarşı nifrətdə, qadınlara qarşı münasibətdə, dövlətlərə qarşı mövqedə və s. Elə İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Altay da bu qənaətdədir.














