Din
"Vay halına!" sözü nə deməkdir?
Radikal dini qruplaşmaların Azərbaycanla bağlı planları baş tutmur
Azərbaycan multikulturalizm, dini dözümlülük baxımından dünyaya nümunə göstərilə bilən ölkələr sırasındadır. Bunu tək ölkəmizdə bu sahədə mövcud olan şərait yox, eyni zamanda burada azad və müstəqil şəkildə, heç bir basqı görmədən öz inanclarını həyata keçirən və Azərbaycan cəmiyyətinin ayrılmaz tərkib hissəsi olan digər dinlərin nümayəndələri də açıq şəkildə etiraf edirlər.
“Gənclərin radikal meyillərdən qorunması” mövzusunda tədbir keçirilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsi və Mingəçevir Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Gənclərin radikal meyillərdən qorunması” mövzusunda tədbir keçirilib. “OLAYLAR” Dini Komitəyə istinadən xəbər verir ki, tədbiri giriş sözü ilə açan tam orta məktəbin tədris işləri üzrə direktor müavini Faiq Kərimov bu cür dini maarifləndirmə tədbirlərinin gənclərin radikalizmdən qorunmasında əhəmiyyətli rolundan danışıb.
Ramazan ayının DƏQİQ başlama vaxtı - 16 may deyil / QMİ-dən AÇIQLAMA
Ramazan ayının başlanma tarixi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumat yalan çıxıb. Sosial şəbəkədə Ramazan ayının 2018-ci ilin may ayının 16-da başlanacağı ilə bağlı məlumat yayılıb. Qafqaz Müsəlmanlar İdarəsi (QMİ) yayılan bu informasiyanı təkzib edib.
Mübariz Qurbanlı cəbhə bölgəsində vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir. “OLAYLAR”-a daxil olan məlumata görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı fevralın 20-də Füzuli rayonunun Horadiz şəhərində Ağcabədi, Tərtər, Ağdam, Füzuli və Laçın rayonlarının sakinlərini qəbul edəcək.
Mübariz Qurbanlı Əfqanıstan səfiri ilə görüşüb
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı fevralın 14-də Əfqanıstanın Azərbaycandakı səfiri Məhəmməd Tağı Xəlili ilə görüşüb. Dövlət Komitəsindən “OLAYLAR”-a bildirilib ki, Mübariz Qurbanlı Azərbaycan və Əfqanıstan arasındakı əlaqələrdən söz açaraq ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu bildirib.
Şeyxülislam: "Azərbaycanda dindarlara yaradılan şəraitdən narazılıq etsək, Allaha da xoş getməz"
"İlham Əliyevin hakimiyyətə gəlişindən sonra dini sahədə çoxlu müvəffəqiyyətlər olub". Məlumata görə, bunuQafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə bu gün idarədə keçirilən tədbirdə bildirib.
Mübariz Qurbanlı Müqəddəs Taxt-Tacın xarici dövlətlərlə əlaqələr üzrə katibi ilə görüşüb
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı fevralın 12-də Müqəddəs Taxt-Tacın xarici dövlətlərlə əlaqələr üzrə katibi arxiyepiskop Paul Riçard Gallagerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Dövlət Komitəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, Mübariz Qurbanlı ölkəmizdəki tolerant və multikultural mühitdən söhbət açaraq bildirib ki, tolerantlığın Azərbaycanda çox möhkəm təməl sütunları və dərin tarixi-mədəni kökləri mövcuddur.
Ölkədə təkfirçilik ideologiyasını yaymağa çalışırlar
Son illər İslam dininə maraq, bu dini qəbul etmə sürətli şəkildə geniş yayılıb. Avropanın demək olar ki, bütün ölkələrində hər ay onlarla insan öz dinindən ayrılıb İslamı qəbul edir. Bu müsbət tendensiya xüsusilə gənclər arasında daha çox müşahidə edilir. Amma bir mənfi tendensiya ondan ibarətdir ki, çox zaman İslama üz tutan gənclərdən müəyyən maraqlar, daha dəqiq desək elə İslamda təfriqə, ayrıseçkilik yaratmaq üçün istifadə edilir. Bəs görəsən ilahiyyatçılar, din xadimləri bu barədə nə düşünür və bu proses necə dəyərləndirilir? İlahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov da deyir ki, bu gün bütün yer üzərində İslama dəvət gedir və gənclər İslam dinini qəbul edirlər, onun müəyyən vacib və fərz ibadətlərini yerinə yetirirlər. İlahiyyatçı bunu təqdirəlayiq hal hesab edir: “Bu sevindirici haldır.
Qlobal problemlərin həlli üçün kapitalizmin İslama...
Müstəqillik dönəmindən sonraki Azərbaycanın siyasi və ictimai durumun analiz etdikdə diyə bilərik ki, 70 il sovet sistemi dövründə, Azərbaycanda siyasi, ictimai birliklərin və təşkilatların yaranmasına maneələr, Azərbaycanın yenidən müstəqillik əldə etdiyi dönəmlərdə siyasi və ictimai boşluqlara səbəb olmuşdu. Bu səbəbdən yeni yaranmış təşkilatlar , siyasi, ictimai və dini quruluşların təcrübəsizliyi bir çox problemlərin ortaya gəlməsinə səbəb oldu.
"Radikal dini qruplar maddi həvəsləndirmə üsullarından istifadə edir"
"Azərbaycanda tolerantlıq modelini qəbul etməyən dövlətlər, qüvvələr kənar dini ideologiyaları ölkəmizə gətirmək istəyirlər" Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətində "Radikalizm və ekstremizmin mahiyyəti, yaranma səbəbləri və onlara qarşı mübarizənin hüquqi əsasları" mövzusunda seminar-müşavirə keçirilib.
Ənənəvi İslamın təbliğində dini icmaların rolundan danışılıb
Bakı Dövlət Universitetinin Qazax filialında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Qazax şəhər “Cümə” məscidi dini icmasının “İslam sülh, həmrəylik və qardaşlıq dinidir” layihəsi çərçivəsində “Ənənəvi İslamın təbliğində dini icmaların rolu” mövzusunda tədbir keçirilib. “OLAYLAR” Dini Komitəyə istinadən xəbər verir ki, Qazax RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Sərdar Orucov ölkəmizdəki tolerant və multikultural mühitdən danışıb. Qeyd edib ki, ölkəmizdə dini etiqad azadlığı qorunur və hər bir insanın öz inanclarını qoruyub saxlaması, dini ayinləri sərbəst yerinə yetirməsi üçün zəruri şərait yaradılıb.
Sabirabadda dini maarifləndirmə tədbiri keçirilib
Yanvarın 25-də Sabirabad rayonu Dadaşbəyli kənd məscidi dini icmasında “İslam həmrəyliyi və milli-mənəvi dəyərlərimiz” layihəsi çərçivəsində “İslam sülh, barışıq və həmrəylik dinidir” mövzusunda dini maarifləndirmə tədbiri keçirilib. “OLAYLAR” Dini Komitəyə istinadən xəbər verir ki, Sabirabad rayonu Dadaşbəyli kənd məscidi dini icmasının sədri Əlisoltan Əliyev çıxış edərək, İslamın sülhsevərlik, humanizm və həmrəylik ideyaları ilə zəngin olduğunu, terror dini deyil, sülh və birlik dini olduğunu vurğulayıb. O, həmçinin Azərbaycandakı dinlərarası və məzhəblərarası qarşılıqlı hörmət, həmrəylik və etimad mühitinin digər ölkələr üçün nümunə olduğunu bildirib.
Dini Komitə maarifləndirmə tədbiri keçirib
Yanvarın 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Balakən Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Balakəndə “Sağlam həyat, yüksək mənəviyyat naminə narkomaniyaya “Yox” deyək” mövzusunda tədbir keçirilib. “OLAYLAR” Dini Komitəyə istinadən xəbər verir ki, tədbiri giriş sözü ilə açan məktəbin direktoru Yeganə Zamanova narkomaniyanın insan sağlamlığına zərərlərindən danışıb, məktəblilərə bu zərərli vərdişdən kənar durmağı tövsiyə edib.
Bəzi qeyri-ənənəvi İslami məzhəblərdən ziyanlı çağırış
Zaman-zaman müəyyən məkirli qüvvələr, xaricdəki maraqlı dairələr Azərbaycanda dövlət-din münasibətlərinə dair yalnış təsəvvürlər, fikirlər formalaşdırmağa, cəmiyyətdə çaşqınlıq yaratmağa çalışırlar. Onlar hər vəchlə iddia edir və hım daxildə, həm də xaricdə belə fikir formalaşdırırlar ki, guya ölkəmizdə dövlət-din münasibətləri normal məcrada deyil, dindarlar təqib və təzyiqlərə məruz qalırlar və. s. Ancaq mövcud reallıq heç də antiAzərbaycan şəbəkənin iddia etdiyi durumdan ibarət deyil. Bunun tam əksi.


.jpg)


.jpg)






.jpg)

