Din

Mübariz Qurbanlı indoneziyalı jurnalisti qəbul edib

10 Aprel 2018 16:10

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı aprelin 10-da İndoneziyanın “Trans 7” telekanalının prodüseri Nadria Fitrianı qəbul edib. Dini Komitənin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, görüş zamanı Dövlət Komitəsinin sədri Azərbaycanda olan dini tolerantlıq mühiti, milli-mənəvi dəyərlərə qayğı və dövlətin bu istiqamətdə yürütdüyü siyasət barədə sualları cavablandırıb.

İnsanları xurafata çəkmək meyilləri

10 Aprel 2018 13:58

Hər nə qədər dini sahədə maarifləndirmə tədbirləri həyata keçirilsə, bu istiqamətdə müvafiq dövlət qurumları tərəfindən məqsədyönlü addımlar atılsa da, lakin hələ də bir qrup insanları xurafatdan, dindən uzaq olan hərəkətlərdən yayındırmaq o qədər də asan olmur. Günümüzdə sosial şəbəkələrin geniş yayılması isə xurafatın bir qədər də ayaq açmasına şərait yaradıb.

Uşaq və yeniyetmələr üçün “Qısa İslam ensiklopediyası”

6 Aprel 2018 09:57

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq, Azərbaycanda ilk dəfə uşaq və yeniyetmələr üçün “Qısa İslam ensiklopediyası” hazırlanaraq çap olunub. Nəşrin redaksiya heyətinə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, akademiklər İsa Həbibbəyli, Vasim Məmmədəliyev, Gövhər Baxşəliyeva və digər mütəxəssislər daxildirlər.

“Azərbaycanda dövlət-din münasibətləri: tarixi baxış və müasirlik” adlı kitab nəşr edilib

4 Aprel 2018 14:10

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, tarix üzrə fəlsəfə doktoru Mübariz Qurbanlının “Azərbaycanda dövlət-din münasibətləri: tarixi baxış və müasirlik” adlı kitabı nəşr edilib. Dini Komitədən “OLAYLAR”-a bildirilib ki, ön sözünün müəllifi Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyev olan nəşrə Azərbaycanda dini sahə ilə bağlı müxtəlif mövzuları əks etdirən məlumatlar və müəllifin dövri mətbuatda çap olunan məqalələri daxil edilib.

Şeyxülislam: “Mənim nəzir qutuları ilə nə işim var?”

28 Mart 2018 12:56

"Mənim çoxlu mülküm olması ilə bağlı deyilənlər iftiradır, təxribat məqsədi ilə yayılır". Məlumata görə, bunuQafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə idarədə 31 Mart – Azərbaycanlıların Soyqırımı gününə həsr olunmuş tədbirdə bildirib. 

Dini tədris müəssisələrində yeni qaydalar qüvvəyə mindi

22 Mart 2018 11:12

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə razılaşdırmadan, dini tədris müəssisələri tələbələrinin və müəllimlərinin, habelə din mütəxəssislərinin mübadiləsinə görə cərimələr tətbiq olunacaq. Bu, Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə qüvvəyə minən "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanunda əksini tapıb.

Dini icmalar arasında müsabiqə elan edildi

19 Mart 2018 13:44

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” imzaladığı Sərəncama əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin tərəfindən “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə dair Tədbirlər Planı” təsdiq olunub.

Masallıda dini ədəbiyyat satışı ilə bağlı reyd keçirilib

16 Mart 2018 13:42

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsi Masallı rayonu ərazisində yerləşən dini təyinatlı ədəbiyyatın, habelə mal və məmulatların satışı ilə məşğul olan bir neçə mağazada reyd keçirib. “OLAYLAR” Dini Komitəyə istinadən xəbər verir ki, monitorinqin keçirilməsində məqsəd dini təyinatlı ədəbiyyatın və məmulatların satışı ilə məşğul olan məntəqələrin fəaliyyətinin, həmin ədəbiyyatın istehsal və satışı, eləcə də onların nəzarət markası ilə markalanması ilə bağlı qanunvericiliyin tələblərinə riayət olunub-olunmamasının müəyyənləşdirilməsindən ibarət olub.

Xaricdə dini təhsil alan gənclər niyə özlərini doğrultmurlar?

7 Mart 2018 15:03

Cəmiyyətdə belə bir fikir formalaşıb ki, xaricdə dini təhsil alan şəxslər əksər hallarda özlərini doğrultmurlar. Bu fikir onunla əsaslandırılır ki, onların əksəriyyəti həmin ölkələrdəki dini ideologiyaların təsirinə məruz qalmış və həmin ölkələrdə hazırlanmış ədəbiyyatlardan istifadə edirlər ki, bu da ölkəyə yad ideologiyanın gətirilməsi deməkdir. Çünki, din amili həmin ölkələrdə dövlət quruluşuna, milli mənəvi dəyərlərinə xidmət edir. Bu isə bizim milli mənəvi dəyərlərimizə ziddir. Lakin buna baxmayaraq hazırda xaricdə dini təhsil alanlar arasında din xadimi kimi fəaliyyət göstərənlər də var.

Bərəkət nədir?

4 Mart 2018 20:08