Din
Dindən məqsəd kimi istifadə edənlər
Ölkədə dini sahədə maarifləndirmə işlərinin aparılmasına, bu sahədə mövcud olan boşluqların aradan qaldırılmasına yönəlik tədbirlər, maarifləndirici xarakter daşıyan toplantı və konfransların keçirilməsinə baxmayaraq, hələ də müəyyən xarici qüvvələr ölkəmizdə dini zəmində hansısa qarşıdurma, gərginlik yaratmaq planları üzərində işləyirlər. Bunun üçün ölkəmizə İslam adı altında bəzi təriqət sahibləri, radikal dünyagörüşlü “dindarlar”ın ixrac edilməsi də həyata keçirilir.
Qeyri-ənənəvi dini cərəyanlar və onların İslam üçün təhlükəsi
Günümüzün ən ciddi problemlərindən biri də qeyri-ənənəvi dini cərəyanların yayılmasıdır. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, son illər İslam dinində də bu kimi qeyri-ənənəvi dini cərəyanların sayı artıb və hənin cərəyanlar ayrı-ayrı ölkələrə transfer edilir. Bu baxımdan Azərbaycanda da müəyyən xarici dairələr tərəfindən qeyri-ənənəvi dini cərəyanların yayılması kimi mənfi tendensiya ilə qarşılaşmaqdayıq.
Dini radikalizm fəlakətdir
Artıq bir neçə ildir ki, Aşura mərasimlərindən sonra bu mərasimlə bağlı cəmiyyətdə müəyyən mənada fikir ayrılığı, müxtəlifliyi yaranır. Əsas da həmin mərasimlərdə bir çoxlarının İmam Hüseynə “hörmət” əlaməti olaraq baş yarması, zəncir vurması, sinə döyməsi mövzusu müzakirə predmetinə çevrilir.
Azərbaycanda Aşura günü qeyd olunur
Bu gün Məhərrəm ayının 10-cu günü - Aşura günüdür. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılər Şurasının məhərrəm ayının başlanması ilə bağlı fətvasında Aşura gününün Miladi təqvimlə 2017-ci il sentyabrın 22-nə təsadüf etdiyi bildirilir. Hicri təqvimi ilə 61-ci ildə İmam Hüseynin və silahdaşlarının Kərbəlada şəhid edildiyi bu tarix İslam dünyasında matəm günü kimi qeyd olunur.
Məhərrəmlikdə toyları dayandırmayan bölgələrimiz...
Aşura mərasimləri qanun çərçivəsində baş tutacaq
"Aşura tədbirləri ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin fətvası var və bu fətva kütləvi informasiya vasitələrində yayılıb. Həmin fətvada irəli sürülən fikirlər bütün məscidlərdə həyata keçiriləcək". “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı səsləndirib.
Məhərrəm ayı başladı
İki ay səs terrorundan, manıs hoqqabazlığından qurtulacağıq Bu gündən Məhərrəm ayı başlayıb. Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının fətvasında bildirilir ki, yeni Hicri 1439-cu ilin başlanğıcı - Məhərrəm ayının 1-i Miladi təqvimlə 2017-ci il sentyabr ayının 22-nə təsadüf edir. Aşura günü isə oktyabrın 1-nə düşür. Qeyd olunub ki, Aşura mərasimləri, mövcud qanunvericiliyə əsasən, məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməlidir. Fətvada o da bildirilir ki, son illər təziyə günlərində QMİ-nin təşəbbüsü ilə gerçəkləşən qanvermə aksiyalarının təşkili ən münasib əzadarlıq nümunəsidir və bu humanist ənənə davam etdiriləcək.
Bu gündən Məhərrəm ayı başlayır
Bu gündən Məhərrəm ayı başlayıb. Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının fətvasında bildirilir ki, yeni Hicri 1439-cu ilin başlanğıcı - Məhərrəm ayının 1-i Miladi təqvimlə 2017-ci il sentyabr ayının 22-nə təsadüf edir. Aşura günü isə oktyabrın 1-nə düşür. Qeyd olunub ki, Aşura mərasimləri, mövcud qanunvericiliyə əsasən, məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməlidir.
Dini və milli müxtəlifliyin vəhdətində İslam həmrəyliyinin rolundan danışılıb
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Qəbələ rayonu Hacıalılı kənd məscidi dini icmasının icra etdiyi “Dini və milli müxtəlifliyin vəhdətində İslam həmrəyliyinin rolu” layihəsi çərçivəsində növbəti tədbir keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbiri giriş sözü ilə açan dini icmanın sədri Mehman Şəfiyev qeyd edib ki, ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək lazımdır. DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Zaman Şirinov çıxışında gənclərimizin radikalizmdən uzaqlaşdırılması, onlara vətənpərvərlik və dövlətçilik hissinin aşılanması, milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayıb.
QMİ-nin saytı fəaliyyətini dayandırıb ?
Bir neçə gündür sədri ətrafında qalmaqal səngiməyən Qafqaz Müsəlmanları İdarəsinin ( QMİ) rəsmi saytına giriş məhdudlaşdırılıb. QMİ-dən bildirilib ki, hazırda saytda yenilənmə gedir: “Texniki məsələlərə görə saytın fəaliyyəti dayandırılıb. Yaxın vaxtlarda fəaliyyəti bərpa ediləcək”.
İslamda vərəsəlik
Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Bəs görək, yaranan mübahisələrin qanunvericilikdə və dinimizdə həlli yolları necədir? Misal üçün fiziki şəxsin ölümündən sonra onun malik olduğu əmlakın sonrakı hüquqi vəziyyətinin qanunvericiliklə və müqəddəs kitabımız olan “Qurani Kərim”də hansı qaydalar üzrə tənzimlənir? Vəkil Rövşən Qasımov deyir ki, mövcud qanunvericiliyə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
Küçələrdə artan dini təbliğat halları qanunidirmi? - RƏSMİ cavab
Son günlər Bakıda “Yehova şahidləri” dini icmasının üzvlərinin küçələrdə insanlara yaxınlaşaraq dini təbliğat aparması halları artıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov məsələyə münasibət bildirərkən deyib ki, “Dini etiqad azadlığı haqqında” qanunun 22-ci maddəsinə əsasən, dini qurumlar, dini qurum olmayan digər hüquqi şəxslər və fiziki şəxslər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin razılığı ilə dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını istehsal, idxal, ixrac edə, habelə sərbəst yaya bilərlər.
Azərbaycan və Ermənistan dini liderlərinin Moskvada görüşü olacaq
Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə ilə bütün ermənilərin katolikosu II Qaregin arasında görüş olacaq.
Səhv edən insan günahkardırmı?
Heç kim səhv etmək istəmir. Amma səhv etmək imtahanın əhəmiyyətli bir parçasıdır. İnsan səhv edərək öyrənir və çox vaxt da bir hərəkətin səhv olduğunu onu etdikdən sonra anlayır. Səhv insanın ayrılmaz bir hissəsi olduğuna görə bu mövzu haqqında daha geniş şəkildə düşünmək lazımdır: “Səhv etdikdən sonra o səhvi bir də etməmək üçün nə etmək lazımdır?”, “İnsan etdiyi səhvdən Allaha necə sığınmalıdır, Allahdan necə bağışlanma diləməlidir?”, “Qurana görə etdiyin səhvdən sonra çəkdiyin peşimançılıq necə olmalıdır?”, “səhv edən insan özünü günahkar saymalıdırmı?”, “insan etdiyi səhvi düzəltdikdən sonra unutmalıdır, yoxsa həmişə o səhvin peşmançılığını çəkməlidir?”, “o səhvi bir daha təkrarlamamaq üçün necə tədbirlər görməlidir?”, “səhvini necə düzəltməlidir?” Allah Quranda insanlara bütün bu sualların cavabını vermişdir.













