Din
Səhv edən insan günahkardırmı?
Heç kim səhv etmək istəmir. Amma səhv etmək imtahanın əhəmiyyətli bir parçasıdır. İnsan səhv edərək öyrənir və çox vaxt da bir hərəkətin səhv olduğunu onu etdikdən sonra anlayır. Səhv insanın ayrılmaz bir hissəsi olduğuna görə bu mövzu haqqında daha geniş şəkildə düşünmək lazımdır: “Səhv etdikdən sonra o səhvi bir də etməmək üçün nə etmək lazımdır?”, “İnsan etdiyi səhvdən Allaha necə sığınmalıdır, Allahdan necə bağışlanma diləməlidir?”, “Qurana görə etdiyin səhvdən sonra çəkdiyin peşimançılıq necə olmalıdır?”, “səhv edən insan özünü günahkar saymalıdırmı?”, “insan etdiyi səhvi düzəltdikdən sonra unutmalıdır, yoxsa həmişə o səhvin peşmançılığını çəkməlidir?”, “o səhvi bir daha təkrarlamamaq üçün necə tədbirlər görməlidir?”, “səhvini necə düzəltməlidir?” Allah Quranda insanlara bütün bu sualların cavabını vermişdir.
Yeməyin müstəhəbbatı hansılardır?
“Dinimizə ağılla, düşüncə ilə baxmaq lazımdır”
Azərbaycan müsəlman ölkəsi olsa da, lakin insanlarımızın əksəriyyəti heç də İslama aid olan bəzi hökmləri, şərtləri bilmir, ondan uzaq durur. Nəinki, vacib hökm və şərtlər, hətta ən sadə davranışlar barədə belə məlumatsız olanlar var.
İçki məclisində iştirak etmək günahdırmı?
Dini mənbələrimizə görə, içki ilə bağlı bir çox məqamlar tənqid olunub. İçkini içmək və satmaq günah olduğu kimi, onun içildiyi məclislərdə iştirak etmək də günahdır. Siz öz iştirakınızla o məclisi təsdiq etmiş və bu hərəkətə rəvac vermiş olursunuz.
Azərbaycanda seyidlik vəsiqələri verilir - QMİ-nin xəbəri varmı?
Azərbaycanda Seyid Ağa vəsiqələri verilir. Belə vəsiqələrdən birinin fotoşəkli sosial şəbəkədə müzakirə mövzusu olub. Tağıyev Elnur Mirverdi oğlunun "seyidliyini təsdiqləyən sənəd" QMİ-nin cənub bölgəsi üzrə qazisiMirqiyas Təhməzov tərəfindən verilib. "Sənəd" onun imzası və şəxsi möhürü ilə təsdiqlənib.
Prezident Kitabxanasında “Azərbaycan və İslam dünyası” layihəsinin təqdimatı olub
Prezident Kitabxanasında “Azərbaycan və İslam dünyası” layihəsinin kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə təqdimatı olub. Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov bildirib ki, “Azərbaycan və İslam dünyası” adlı elektron resursu Prezident Kitabxanasının əməkdaşları hazırlayıblar. Hələlik Azərbaycan dilində hazırlanan və http://islamworld.preslib.az/domenində yerləşdirilən resursun strukturu haqqında məlumat verən M. Əhmədov bildirib ki, resurs 12 əsas bölmədən ibarətdir.
Haqqı batildən ayıran Ramazan həm də bərəkət ayıdır
Ayların sultanı, ən xeyirlisi kimi izah olunan Ramazan müxtəlif vaxtlarda yaşadığmız 12 ayın hər birində bizə qonaq gəlir. Yaşadığımız ömür payının ən qiymətli 30 günü içərisinə daxil oluruq. Bu zaman kəsiyi insanların mənəvi və fizoloji təmizlik yolçuluğuna çıxdığı məqamdır.
Müftidən ŞOK FƏTVA: "Oruc zəngin insanlar üçün məcburidir"
ABŞ televiziyalarından birində yayımlanan xəbərdə müxtəlif ölkələrdə kasıb təbəqənin aylıq gəlirini nəzərə alaraq onların oruc tutmasının məcburi yox, könüllü olduğu qeyd edilib.
Oruc tutanlara: Artıq çəki almamaq üçün bu cür qidalanın
Gün ərzində yemək saatlarının dəyişməsi və qidalanma vərdişlərində baş verən qəfil dəyişikliklər Ramazan ayında artıq çəkiyə səbəb ola bilər. Lakin balanslı və düzgün planlaşdırılan imsak və iftar süfrələri çəkinin idarə olunmasına kömək edir.
Bu gecə niyyət axşamıdır, sabah isə Ramazan ayının biridir
Bu gecə müqəddəs Ramazan ayının ilk gecəsi - niyyət gecəsidir. Gecənin əvvəlindən sübh azanına qədər istənilən vaxt qəlbdə niyyət etməklə hər bir müsəlman Ramazan ayına başlamış olur. Niyyəti həm hər ayrıca gün üçün, həm də bütün ay üçün etmək olar. Niyyət belə edilir (bütün Ramazan ayı üçün): "Bir ay Ramazan ayının orucunu tuturam, vacib qürbətən iləllah". Belə deyilsə, artıq digər gecələr niyyət edilməsinə lüzum yoxdur.
Dini maarifləndirmə tədbirləri artırılır
Mayın 10-da Kürdəmir şəhər (1) məscidi dini icması tərəfindən “İslam təfriqə və xürafata yox deyir” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.
Ramazan ayının başlanma tarixi açıqlandı
Azərbaycanda bu il Ramazan ayının başlanma tarixi məlum olub. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı təqvimə görə, bu il Ramazan ayı mayın 27-də başlayacaq. Müqəddəs ayın Qədr gecəsi (əhya) iyunun 13-də, 15-də, 17-də və 21-də olacaq. Ramazan bayramı isə iyunun 26-da qeyd olunacaq.
"O axundu moizə oxumağa buraxmaq olmaz"
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Mingəçevirdəki Heydər məscidinin axundu hacı Ələmdarın "Kimin artıq arvadı varsa, evlənməyə imkanı olmayan müsəlman qardaşına versin" fikrinə münasibət bildirib.
Dini radikalizmə qarşı mübarizənin yolları müzakirə edilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Qəbələ Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Qəbələnin Vəndam qəsəbəsində "Dini radikalizmə qarşı mübarizənin başlıca yolları: nəzəriyyə və təcrübə" mövzusunda tədbir keçirilib.
Azərbaycana gələn yad baxışlar
Aprelin 24-də Milli Məclisin (MM) İctimai birliklər və dini qurumlar komitəsinin iclası keçirilib. İclasda “Dini etiqad azadlığı haqqında” qanuna dəyişikliklər məsələsi müzakirə olunub.














