Din
Fransız yazıçıdan Dini Komitəyə təşəkkür məktubu
Fransız yazıçısı, “Beynəlxalq Reyn Dərnəyi”nin prezidenti Jerar Kardon Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıya təşəkkür məktubu ünvanlayıb. “OLAYLAR”-ın Dini Komitəyə istinadən verdiyi xəbərə görə, məktubda Jerar Kardon yanvar ayının 17-də Komitə sədri Mübariz Qurbanlının yazıçını və xanımı Nikolası səmimi qarşıladığına görə minnətdarlığını ifadə edib. O bildirib ki, dini məsələlərə münasibətdə Azərbaycan hökumətinin tolerantlıq ruhlu və açıq fikirli olmasından təsirlənib. Yazıçı ölkəmizdəki dini tədrisi yüksək qiymətləndirib. O, Azərbaycanda qadınlar və kişilər arasında hüquq bərabərliyinin təmin olunmasını demokratiya və mənəviyyatın göstəricisi kimi dəyərləndirib.
Komitə sədri: “Radikal dini qruplar dini təhrif edərək insanları yanlış yola çəkmək istəyirlər”
“Bəzi radikal dini qruplar dini təhrif edərək, yanlış fomada insanlara çatdırmaqla onları səhv yola çəkmək istəyirlər”. Bunu Dini Qrumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Bakıda keçirilən “Kitab nəşri və rəqəmsal inqilab: rəqəmsal nəşriyyat sənayesinə doğru istiqaətlər, proseslər və praktiki addımlar” mövzusunda beynəlxalq seminarda deyib.
Komissiya üzvü: "Hacı Cavad məscidi ilə bağlı müxtəlif təkliflər var"
Bakının Yasamal rayonundakı Hacı Cavad məscidinin sökülməsi ətrafında yaranan vəziyyəti araşdırmaq üçün yaradılmış xüsusi komissiya məsciddə olub, məscidə gələn möminlərlə görüş keçirib. Bu barədə xüsusi komissiyanın üzvü, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.
“Bəzi özlərinə mömin deyən şəxslər var ki, ağızlarını lənətlə açır
“Bəzi özlərinə mömin deyən şəxslər var ki, ağızlarını lənətlə açır, bəd dua edir, qəlbləri digər insanlara qarşı qəzəblə dolu olur. Allah Rəsulu (ona və ailəsinə salam olsun) isə buyurur ki, mömin lənət etməz, insanlara qarşı qəzəbli olmaz”.
"Dövlətimiz dini məsələlərdə vətəndaşın yanındadır"
“Təkcə Bakı şəhərində 134-dən artıq məscid var. Bu onun sübutudur ki, Azərbaycanda kiminsə ilahi qüvvəyə sitayişinə qətiyyən məhdudiyyətlər yoxdur. Əksinə dövlət bu proseslərdə vətəndaşın yanındadır. Din dövlətdən ayrı olsa da, dövlət dinsiz deyil, əksinə bu illər ərzində dindar insanların ən yaxşı tərəfdaşı müttəfiqi, himayədarı kimi çıxış edir”. Bunu Milli Məclisin deputatı Zahid Oruc deyib.
"Azərbaycanda din azadlığı tam təmin olunur"
Azərbaycanda din azadlığı tam təmin olunur, insanlar sərbəst şəkildə məscidlərə gedib ibadət edirlər. Bunu Milli Məclisin deputatı Bəxtiyar Sadıqov deyib. B.Sadıqov bildirib ki, müstəqillik dövrünə qədər Azərbaycanda 20-ə qədər məscid fəaliyyət göstərib: "İndi Azərbaycanda 2 mindən çox məscid var. Azərbaycanda çoxlu sayda dini məbədlər tikilib, təmir olunub, ən qədim məscidlərimiz təmir olunub".
Deputat: "Azərbaycanda dinə olan qayğı digər dövlətlər üçün də nümunədir"
"Azərbaycanda din dövlətdən ayrı olsa da, dinin sərbəst fəaliyyət göstərməsinə, inanclı insanların öz əqidəsinə uyğun hərəkət etməsinə və dini ayinlərin keçirilməsinə həmişə böyük diqqət yetirilib".
“Yehova şahidləri”nin qanunsuz toplaşdığı yerlər aşkarlanıb
Aprelin 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və hüquq-mühafizə orqanları tərəfindən Qaradağ rayonu ərazisində yerləşən iki ünvana əməliyyat-baxış tədbiri keçirilib.
Məscidlərin həyətində namaz qılmaq qadağandır?
Azərbaycan qanunvericiliyində məscidlərin həyətində namaz qılınması ilə bağlı hər hansı qadağa yoxdur.
Yaqub Mahmudov: “Bir sıra Avropa ölkələri açıq-aşkar islamofobiya meyillərini təbliğ edirlər”
“Bir sıra Avropa ölkələri açıq-aşkar islamofobiya meyillərini təbliğ edirlər”. Bunu AMEA Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov bu gün “İslam həmrəyliyi-zamanın çağırışı” adlı beynəlxalq konfransda çıxışı zamanı deyib. Millət vəkilinin sözlərinə görə, bu gün dünyanın müxtəlif siyasi qüvvələri tərəfindən müsəlman dünyasında bilərəkdən qarşıdurmalar yaradılır: “Bu qüvvələr İslam dünyasında yaradılan qarşıdurmalara son qoymalıdır.
Mübariz Qurbanlı: “Məzhəbçilik müsəlman dünyasına böyük ziyan vurur”
“İslam həmrəyliyinin olması olduqca vacibdir. Çünki zaman sürətlə irəliləyir, dünyada qloballaşma prosesi gedir və bu proses ayrı-ayrı yerlərdə qarşıdurmalara səbəb olur”.
Bütün Gürcüstan Patriarxı: “Digər dinlər kimi İslam dini qlobal çağırışlarla üzləşib”
“Müxtəlif ənənəvi dinlər kimi İslam hazırda qlobal çağırışlarla üzləşib”. Bunu Bütün Gürcüstan Patriarxı İliyanın Bakıda keçirilən "İslam həmrəyliyi: zamanın çağırışı" adlı beynəlxalq tədbir iştirakçılarına müraciətində deyilir.
Patriarx Kirill: “Azərbaycan dini və mədəni müxtəlifliklər arasında balans yarada bilib”
“Hazırda dünyada mövcud olan ənənəvi dinlər ekstremizm və terrorizmlə üzləşir”. Bu barədə Rusiya və Moskva patriarxı Kirillin Bakıda keçirilən "İslam həmrəyliyi: zamanın çağırışı" adlı beynəlxalq konfransa müraciətində deyilir.
Mübariz Qurbanlı vətəndaşları qəbul edib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı fevralın 24-də Ucar şəhərindəki Heydər Əliyev Mərkəzində Ucar və Göyçay rayonlarından olan vətəndaşları qəbul edib. “OLAYLAR”-ın Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin müvafiq bölgə şöbəsinin də iştirak etdiyi qəbulda vətəndaşlar diqqətlə dinlənilib.
Azərbaycandakı dini liderlər beynəlxalq təşkilatlara və Avropa Məhkəməsinə müraciət ediblər
Azərbaycandakı dini icmaların rəhbərləri – Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə, Bakı və Azərbaycan arxiyepiskopu Aleksandr, Azərbaycan Dağ Yəhudiləri İcmasının rəhbəri Melih Yevdayev və Azərbaycan Alban-Udin Xristian İcmasının rəhbəri Robert Mobili dünyanın dini liderlərinə, parlamentlərə, beynəlxalq təşkilatlara və Avropa İnsan Haqları Məhkəməsinə müraciət ediblər.














