Gender bərabərliyi mövzusu məktəblərdə tədris olunacaq
23 Fevral 2024 12:46 Daxili siyasətMəişət zorakılığı ilə bağlı qabaqlayıcı tədbirlər genişləndirilir. "Olaylar" xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Məişət zorakılığının qarşısının alınması haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, ümumi, peşə, orta ixtisas və ali təhsil pillələrində tədris olunan müvafiq fənn və dərsdənkənar məşğələlərin məzmununa təhsilalanların yaş xüsusiyyətləri nəzərə alınmaqla, qarşılıqlı hörmət, qarşılıqlı yardım, mübahisələrin qeyri-zorakı yollarla həlli, gender bərabərliyi və şəxsiyyətlərarası münasibətlərə dair mövzular daxil ediləcək.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31