Fikrət Məmmədov Milli Məclisdə and içdi
23 Fevral 2024 11:50 Daxili siyasətKonstitusiya Məhkəməsinin hakimi təyin edilən Fikrət Məmmədov Milli Məclisdə and içib.
Olaylar.az-ın məlumatına görə, Fikrət Fərrux oğlu Məmmədovun Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb və təsdiq edilib.
Məsələ təsdiq edildikdən sonra F.Məmmədov çıxış edib. O, bu vəzifəyə namizədliyinin irəli sürdüyünə görə Prezident İlham Əliyevə təşəkkür edib. F.Məmmədov vəzifəsini layiqincə yerinə yetirəcəyinə and içib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31