“Binəqədi Gənclərinin III Liderlik Məclisi” keçirilib
“İslam Həmrəyliyi İli “ çərçivəsində Binəqədi Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı və Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Vergilər Nazirliyinin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində “Binəqədi Gənclərinin III Liderlik Məclisi” adlı layihə həyata keçirilib.
7 Noyabr 2017 12:48 Sosial"İslam Həmrəyliyi İli " çərçivəsində Binəqədi Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı və Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Vergilər Nazirliyinin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində "Binəqədi Gənclərinin III Liderlik Məclisi" adlı layihə həyata keçirilib. "OLAYLAR"-a daxil olan məlumata görə, layihənin keçirilməsində əsas məqsəd gənclərin hərtərəfli inkişafı üçün şəraitin formalaşdırılması, gənclərin azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında vətəndaşlıq və vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, onlara liderlik bacarıqlarının aşılanması və gənclərin asudə vaxtının səmərəli təşkil edilməsi olub. Layihədə Binəqədi rayonun bütün sahələrindən müsahibə yolu ilə seçilmiş fəal olan gənclər, o cümlədən, Suriya, İraq, Fələstin və Misirdən olan gənclər iştirak ediblər. Aşılış mərasimdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov , Vergilər Nazirliyinin Tədris Mərkəzin rəisinin birinci müavini Ceyhun Mehdiyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov iştirak ediblər. Aygün Əliyeva layihənin keçirilmə məqsədi haqqında iştirakçılara məlumat verib. O bildirdi ki, ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu Gənclər siyasəti nəticəsində "Binəqədi Gənclərinin I və II Liderlik Məclisləri" müvafiq olaraq 2014 və 2015-ci illərdə müvəffəqiyyətlə həyata keçirilib.