Deputatlarımız Malayziya Senatın Prezidenti ilə görüşüblər- ÖZƏL
10:13 SiyasətMilli Məclisin deputatları Malayziyaya səfəri çərçivəsində Malayziya Senatın Prezidenti cənab Avanq Bemee ilə görüşüblər. Bu barədə "Olaylar"a Milli Məclisin deputatı Vüqar Bayramov məlumat verib: "Görüşdə iki ölkə arasındakı münasibətlərin daha da inkişaf etdirilməsi, qanunverici orqanlar arasında əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə edildi. Ölkələr arasında viza liberallaşdırılması ilə bağlı anlaşma sənədinin daha qısa zamanda imzalanmasının vacibliyi vurğulandı. Kənd təsərrüfatı və emaledici qida sənayesi üzrə əməkdaşlıq prespektivləri də müzakirə olunan məsələlərdən idi".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31