Məzun tədbirləri şəxsi və ya institusional reklam meydanına çevrilməməlidir- ÖZƏL

"Məzuniyyət (buraxılış) mərasimləri tələbələrin və onların valideynlərinin uzun illər çəkdiyi zəhmətin nəticəsinin qeyd olunduğu akademik tədbirdir. Belə bir tədbirdə çıxış etmək hüququ və mənəvi haqqı ilk növbədə universitet rəhbərliyi, məzunları yetişdirən professor-müəllim heyəti və məzunların öz nümayəndələrinə məxsusdur". Bunu "Olaylar"a Azərbaycan, Rusiya və Türkiyə İqtisad elmləri doktoru, professor Zahid Fərrux Məmmədov deyib: "Məzunlarla heç bir birbaşa əlaqəsi olmayan, onların təhsil prosesində iştirak etməmiş, akademik və ya pedaqoji töhfəsi olmayan şəxslərin əsas natiq qismində təqdim edilməsi məzun mərasiminin mahiyyətinə uyğun deyil. Bu cür tədbirlər şəxsi və ya institusional reklam meydanına çevrilməməlidir.

Əgər tədbirə dəvətli qonaq çağırılırsa, onun seçimi də universitetin missiyasına və məzunlara verəcəyi real dəyərə əsaslanmalıdır. Tədbirin mərkəzində qonaqlar deyil, məzunlar dayanmalıdır. Məzun gününü başqalarının çıxış platformasına çevirmək akademik etika və universitet ənənələri baxımından düzgün yanaşma hesab edilə bilməz".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31