Venesuelada güclü zəlzələ: 32 ölü, 700-dən çox yaralı
10:16 DünyaVenesuelada 7,2 və 7,5 bal gücündə iki zəlzələ baş verib.
Milli.Az xəbər verir ki, güclü zəlzələlər nəticəsində azı 32 nəfər həyatını itirib, 700-dən çox insan xəsarət alıb.
ABŞ Geoloji Xidmətinin məlumatına görə, ölkədə ardıcıl olaraq 7,2 və 7,5 bal gücündə iki zəlzələ qeydə alınıb. Yeraltı təkanların episentri Moron şəhərindən 16 kilometr, San Felipe şəhərindən isə 24 kilometr məsafədə yerləşib.
Güclü təkanlar nəticəsində bir sıra yaşayış binaları və infrastruktur obyektləri dağılıb. Hazırda dağıntılar altında qalan insanların axtarış-xilasetmə işləri davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31