Bakı 29 saylı mediasiya təşkilatının ictimai təqdimatı keçirilib- ÖZƏL

Bakı 29 saylı mediasiya təşkilatının ictimai təqdimat mərasimində Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov, sədrin müşaviri Əli Fərzəliyev, Mediasiya Şurası İntizam Komissiyasınım sədri Mayıl Bayramov, Sumqayıt 2 saylı mediasiya təşkilatının direktoru Aynurə Musayeva və mediatorlar iştirak ediblər. "Olaylar" xəbər verir ki, tədbirdə çıxış edən Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov mediasiya institutunun inkişafında mediasiya təşkilatlarının rolundan, vətəndaşların mübahisələrinin sülh yolu ilə həllində mediasiyanın əhəmiyyətindən və bu sahədə əldə olunan müsbət nəticələrdən bəhs edib. O, yeni fəaliyyətə başlayan Bakı 29 saylı mediasiya təşkilatının mediasiya xidmətlərinin əlçatanlığının artırılmasına və vətəndaş məmnunluğunun yüksəldilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Çıxışlar zamanı mediasiya sahəsində əməkdaşlığın gücləndirilməsi, mediatorların peşəkar fəaliyyətinin dəstəklənməsi və mediasiya mədəniyyətinin təşviqinin vacibliyi vurğulanıb. Tədbir iştirakçıları yeni fəaliyyətə başlayan təşkilatın kollektivinə gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Sonda Bakı 29 saylı mediasiya təşkilatının direktoru Venera Əsgərova qonaqları təşkilatın ofis şəraiti və fəaliyyəti ilə tanış edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31