Binəqədidə ağacəkmə aksiyası keçirilib
Binəqədi rayonunda Binəqədi Rayon İcra Hakimiyyətinin və Bakı şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə “Ümumrespublika yaşıllaşdırma” marafonu layihəsi çərçivəsində növbəti ağacəkmə aksiyası və ümumrayon iməciliyi keçirilib.
30 Oktyabr 2017 11:19 SosialBinəqədi rayonunda Binəqədi Rayon İcra Hakimiyyətinin və Bakı şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə "Ümumrespublika yaşıllaşdırma" marafonu layihəsi çərçivəsində növbəti ağacəkmə aksiyası və ümumrayon iməciliyi keçirilib. Binəqədi Rayon İcra Hakimiyyətindən "OLAYLAR"-a verilən xəbərə görə, rayonun 283 saylı məktəbin ərazisində gerçəkləşən aksiyada "Ümumrespublika yaşıllaşdırma" marafonu layihəsi barədə aksiya iştirakçılarına məlumat verilib. Bildirilib ki, Heydər Əliyev Fondunun vitse prezidenti, İDEA İctimai Birliyinin təsisçi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə təbiətin və ekoloji mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması istiqamətində çoxsaylı tədbirlər və layihələr həyata keçirilib. Aksiya zamanı ümumilikdə 400 ədəd ağac (50 ədəd - oleandra, 100 ədəd - zeytun, 250 ədəd - kiparis ) əkilib. Ağacəkmə aksiyasından sonra rayonun 138 və 272 saylı bağçaların balaca fidanları və 283 saylı məktəbin şagirdlərinin ifasında "Təbiəti qoruyaq" adlı rəqs nümunələri nümayiş edilib. Aksiyanın sonunda simvolik tort kəsilmiş və çay süfrəsi ətrafında aksiya xoş anlarla yekunlaşıb. Məlumat üçün bildirək ki, ümumrayon iməciliyi çərçivəsində rayonun müxtəlif ərazilərində 2500-dən çox ağac əkilib.