Binəqədidə hesabat toplantısı keçirilib

Binəqədi Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın 2017-ci ilin 9 ayının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. “OLAYLAR”-a daxil olan məlumata görə, tədbirdə çıxış edən  Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov iclası giriş sözü ilə açaraq Nazirlər Kabinetinin 2017-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısının qarşıya qoyduğu vəzifələrdən danışıb.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın 2017-ci ilin 9 ayının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. "OLAYLAR"-a daxil olan məlumata görə, tədbirdə çıxış edən  Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov iclası giriş sözü ilə açaraq Nazirlər Kabinetinin 2017-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısının qarşıya qoyduğu vəzifələrdən danışıb. Xaləddin İsgəndərov vurğuladı ki, dünyada təhlükələrin artması, iqtisadi böhranın daha da dərinləşməsi və bütün ölkələrin bu böhrandan müxtəlif formada əziyyət çəkməsi göz önündədir. Bildirib ki, hesabat dövründə istehlak bazarı dinamik inkişaf etməkdə davam etmiş və pərakəndə ticarət şəbəkəsindən rayon əhalisinə 971 mln 585 min manatlıq istehlak malları satılıb ki, bu da  əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,3 faiz artım deməkdir. Sonra Binəqədi Rayon İcra  Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov hesabat məruzəsi ətrafında çıxış edib. İclasa yekun vuran Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov qarşıda duran vəzifələrdən danışaraq bəzi nöqsanların aradan qaldırılması ilə bağlı tapşırıqlarını verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31