“Azərbaycanın xarici siyasətinin konseptual əsasları və İlham Əliyev” mövzusunda məlumat saatı keçirilib
Binəqədi Rayon İcra Hakimiyyətində “Azərbaycanın xarici siyasətinin konseptual əsasları və İlham Əliyev” mövzusunda “Məlumat saatı” keçirilib. “OLAYLAR”-a daxil olan məlumata görə, məlumat saatında Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Azərbaycan Respublikasının Milli Məclisinin İnsan hüquqları komitəsinin və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, politoloq, siyasi şərhçi Elman Nəsirov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri və əməkdaşları və s. iştirak ediblər.
13 Oktyabr 2017 15:06 SosialBinəqədi Rayon İcra Hakimiyyətində "Azərbaycanın xarici siyasətinin konseptual əsasları və İlham Əliyev" mövzusunda "Məlumat saatı" keçirilib. "OLAYLAR"-a daxil olan məlumata görə, məlumat saatında Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Azərbaycan Respublikasının Milli Məclisinin İnsan hüquqları komitəsinin və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, politoloq, siyasi şərhçi Elman Nəsirov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri və əməkdaşları və s. iştirak ediblər. Tədbiri Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva açaraq politoloq, siyasi şərhçi, millət vəkili Elman Nəsirova dəvəti qəbul etdiyi üçün Rayon İcra Hakimiyyəti adından təşəkkür edib.
Sonra məruzə ilə çıxış etmək üçün söz Elman Nəsirova verilib. Natiq çıxışında bildirib ki, suveren dövlət kimi, Azərbaycan Respublikası daxili və xarici siyasət vasitələrindən istifadə edərək mövcud təhlükəsizlik mühitində təhdidlərin nəzarət altında saxlanılmasına və aradan qaldırılmasına, habelə ölkənin milli maraqlarının təmin edilməsinə yönəlmiş milli təhlükəsizlik siyasətini formalaşdırır və həyata keçirir. Daha sonra məruzə ətrafında auditoriyanın sualları cavablandırılıb.