Binəqədidə 1 Oktyabr - Beynəlxalq Ahıllar Günü qeyd edilib  

Binəqədi rayonunda 1 Oktyabr - Beynəlxalq Ahıllar Günü münasibətilə Binəqədi rayon İcra Hakimiyyətinin dəstəyi və rayon bələdiyyələrinin təşkilatçılığı ilə ərazilərdə yaşayan ahıl sakinlər ziyarət edilib. “OLAYLAR”-a daxil olan məlumata görə, təşkil edilən ziyarətdə Binəqədi rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon bələdiyyə sədrləri, bələdiyyələrin “İctimai-humanitar” sektorunun rəhbərləri və 25 saylı şəhər poliknikasının tibb personalı iştirak ediblər.

Binəqədi rayonunda 1 Oktyabr - Beynəlxalq Ahıllar Günü münasibətilə Binəqədi rayon İcra Hakimiyyətinin dəstəyi və rayon bələdiyyələrinin təşkilatçılığı ilə ərazilərdə yaşayan ahıl sakinlər ziyarət edilib. "OLAYLAR"-a daxil olan məlumata görə, təşkil edilən ziyarətdə Binəqədi rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon bələdiyyə sədrləri, bələdiyyələrin "İctimai-humanitar" sektorunun rəhbərləri və 25 saylı şəhər poliknikasının tibb personalı iştirak ediblər. Ziyarət olunan ahılların evlərində ilk öncə səhər saatlarında bələdiyyələr tərəfindən təmizlik işləri görülüb. Daha sonra evləri ziyarət edilən ahıllarla birgə çay süfrəsi təşkil edilib, onlara bayram münasibətilə sovqat təqdim edilmiş və ixtisaslı həkim personalı tərəfindən tibbi müayinə olunublar. Çıxış edən ahıllar Azərbaycanda ahıl insanlara dövlət qayğısının ildən-ilə artığını bildirib, göstərilən diqqətə görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını ifadə ediblər. Hər bir görüşün sonunda ahıllarla birgə xatirə fotosu çəkdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31