Binəqədi rayonunun nümayəndə heyəti Cocuq Mərcanlıya səfər edib

Binəqədi rayonunun nümayəndə heyəti Cocuq Mərcanlıya səfər ediblər.  Rayon İcra Hakimiyyətindən “OLAYLAR”-a bildirilib ki, nümayəndə heyətinin tərkibində Binəqədi Rayon İcra Hakimiyyətinin, YAP Binəqədi Rayon Təşkilatının, rayon Gənclər və İdman İdarəsinin rəhbər heyəti, M.Ə.Rəsulzadə və Binəqədi rayon bələdiyyələrinin sədrləri, rayonda fəaliyyət göstərən bir neçə sahibkar, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin nümayəndəsi və Aprel şəhidləri Fəxrəddin Qurbanlının və Emin Bağırovun valideynləri olublar.      

Binəqədi rayonunun nümayəndə heyəti Cocuq Mərcanlıya səfər ediblər.  Rayon İcra Hakimiyyətindən "OLAYLAR"-a bildirilib ki, nümayəndə heyətinin tərkibində Binəqədi Rayon İcra Hakimiyyətinin, YAP Binəqədi Rayon Təşkilatının, rayon Gənclər və İdman İdarəsinin rəhbər heyəti, M.Ə.Rəsulzadə və Binəqədi rayon bələdiyyələrinin sədrləri, rayonda fəaliyyət göstərən bir neçə sahibkar, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin nümayəndəsi və Aprel şəhidləri Fəxrəddin Qurbanlının və Emin Bağırovun valideynləri olublar.  Nümayəndə heyəti səfər çərçivəsində əvvəlcə Aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək əklil qoyublar. Daha sonra nümayəndə heyəti Cocuq Mərcanlıda yeni inşa olunmuş 96 şagird yerlik məktəblə tanış olaraq məktəbə hədiyyələr, yeni tədris ilində məktəbə gedəcək şagirdlərə məktəbli geyimləri, idman formaları və avadanlıqları, məktəb ləvazimatları, surətçıxarma aparatı təqdim edib, ibtidai hərbi hazırlıq fənni üzrə sinif otağını xüsusi ləvazimatlarla və digər zəruri avadanlıqlarla təchiz ediblər. Məktəblə tanışlıqdan sonra Binəqədi nümayəndə heyəti kənd sakini Oqtay Həziyevin evində olaraq ailə ilə səmimi söhbət ediblər. Görüşün sonunda ailəyə Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr təqdim edilib. Səfər çərçivəsində nümayəndə heyəti Prezident İlham Əliyevin tapşırığına əsasən Cocuq Mərcanlı kəndində inşa edilmiş məscidlə yaxından tanış olublar. Səfərin sonunda nümayəndə heyəti Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonun Alxanlı kəndində törədilən cinayət nəticəsində həlak olmuş Zəhra  Quliyeva və onun nənəsi Sahibə Allahverdiyevanın məzarını ziyarət edərək gül qoyublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31