Binəqədidə məlumat saatı keçirilib

Binəqədi Rayon İcra Hakimiyyətində “Heydər Əliyev və Azərbaycan dili: Dövlət quruculuğu kontekstində” mövzusunda “Məlumat saatı” keçirilib. Rayon İcra Hakimiyyətindən “OLAYLAR”-a bildirilib ki, Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev Binəqədi RİH-də məlumat saatının Bilik Fondu ilə birgə keçirilməsinin əhəmiyyəti haqqında geniş məlumat vermiş və bildirmişdir ki, müxtəlif aktual mövzularda bu cür məlumat saatları davamlı olacaq.

Binəqədi Rayon İcra Hakimiyyətində "Heydər Əliyev və Azərbaycan dili: Dövlət quruculuğu kontekstində" mövzusunda "Məlumat saatı" keçirilib. Rayon İcra Hakimiyyətindən "OLAYLAR"-a bildirilib ki, Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev Binəqədi RİH-də məlumat saatının Bilik Fondu ilə birgə keçirilməsinin əhəmiyyəti haqqında geniş məlumat vermiş və bildirmişdir ki, müxtəlif aktual mövzularda bu cür məlumat saatları davamlı olacaq.

Sonra AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu "Heydər Əliyev və Azərbaycan dili: Dövlət quruculuğu kontekstində" mövzusunda məruzə ilə çıxış edib. Natiq çıxışında bildirmişdir ki, hər bir xalqın milli mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir.Mühazirədən sonra məlumat saatı mövzu əsasında müzakirələrlə yekunlaşıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31