ASAN könüllüləri ilə görüş keçirilib

ASAN Master-2 layihəsi çərçivəsində Binəqədi rayon İcra Hakimiyyətində təcrübə keçən 10-cu qrup ASAN könüllüləri ilə Rəsulzadə qəsəbə bələdiyyəsində görüş keçirilib. Rayon İcra Hakimiyyətindən “OLAYLAR”-a bildirilib ki, keçirilən görüşdə Rəsulzadə qəsəbə Bələdiyyəsinin sədri Hümbət Hüseynov, Binəqədi rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova, Bələdiyyə sədrinin müavinləri, “İctimai-humanitar” sektorunun müdiri və ASAN könüllüləri iştirak ediblər. Əvvəlcə ASAN könüllüləri Rəsulzadə qəsəbə bələdiyyəsinin fəaliyyəti ilə tanış oldular və onlara bələdiyyənin iş fəaliyyəti, şöbələri haqqında geniş məlumat verilib. 

ASAN Master-2 layihəsi çərçivəsində Binəqədi rayon İcra Hakimiyyətində təcrübə keçən 10-cu qrup ASAN könüllüləri ilə Rəsulzadə qəsəbə bələdiyyəsində görüş keçirilib. Rayon İcra Hakimiyyətindən "OLAYLAR"-a bildirilib ki, keçirilən görüşdə Rəsulzadə qəsəbə Bələdiyyəsinin sədri Hümbət Hüseynov, Binəqədi rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova, Bələdiyyə sədrinin müavinləri, "İctimai-humanitar" sektorunun müdiri və ASAN könüllüləri iştirak ediblər. Əvvəlcə ASAN könüllüləri Rəsulzadə qəsəbə bələdiyyəsinin fəaliyyəti ilə tanış oldular və onlara bələdiyyənin iş fəaliyyəti, şöbələri haqqında geniş məlumat verilib. Daha sonra ASAN könüllüləri ilə görüş keçirilib. Görüşdə çıxış edən Rəsulzadə qəsəbə Bələdiyyəsinin sədri Hümbət Hüseynov bələdiyyənin fəaliyyəti, iş mexanizmi və gənclərin bu sahədə aktivliyi haqqında geniş məlumat verib. Natiq çıxışında bildirib ki, ölkəmizdə bələdiyyələrin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulmasına, onların iqtisadi resurslarından istifadənin səmərəsinin yüksəldilməsinə və yerli əhəmiyyətli məsələlərin həllində rolunun artırılmasına xüsusi diqqət yetirilir və Azərbaycan bələdiyyəçiliyinin özünəməxsusluğunun göstəricilərindən biri də bu sahədə ölkə əhalisinin mənafeyinə xidmət edən tədbirlərin həyata keçirilməsində davamlılığın və ənənəviliyin qorunub saxlanılması təcrübəsidir.
Daha sonra çıxış edən Binəqədi rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova Bələdiyyələrdə yaradılmış "İctimai-humanitar" sektorlar haqqında geniş məlumat verərək bir il ərzində Binəqədi rayonunda bələdiyyələrin "İctimai-humanitar" sektorunun fəaliyyəti, həyata keçirdiyi layihələrin əhəmiyyətindən danışıb. Sonra Rəsulzadə qəsəbə Bələdiyyəsinin "İctimai-humanitar" sektorunun müdiri Günel Vahabzadə 2016-cı ilin avqust ayından Rəsulzadə bələdiyyəsində yaradılan "İctimai-humanitar" sektorun həyata keçirdiyi layihələrin təqdimatını edib.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31