Binəqədi rayonunda növbəti məlumat saatı keçirilib
Avqustun 3-də Binəqədi Rayon İcra Hakimiyyətində “Strateji Yol Xəritəsi: Azərbaycan iqtisadiyyatında makroiqtisadi sabitliyin təmin edilməsi. Davamlı iqtisadi inkişafa keçid” mövzusunda “Məlumat saatı” keçirilib.
3 Avqust 2017 15:26 SosialAvqustun 3-də Binəqədi Rayon İcra Hakimiyyətində "Strateji Yol Xəritəsi: Azərbaycan iqtisadiyyatında makroiqtisadi sabitliyin təmin edilməsi. Davamlı iqtisadi inkişafa keçid" mövzusunda "Məlumat saatı" keçirilib. Rayon İcra Hakimiyyətindən "OLAYLAR"-a bildirilib ki, tədbirdə giriş sözü ilə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov məlumat saatının proqramı haqqında məlumat verib. Daha sonra Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev çıxış edərək Bilik Fondunun fəaliyyəti haqqında geniş məlumat verib. Natiq qeyd etdi ki, Bilik Fondu ölkə rəhbərinin apardığı uğurlu siyasəti yerlərdə təbliğ etmək və maarifləndirmə işləri aparmaq missiyasını qarşıya əsas hədəf qoyub. Sonra Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, iqtisad elmləri doktoru Rasim Nəbiyev "Strateji Yol Xəritəsi: Azərbaycan iqtisadiyyatında makroiqtisadi sabitliyin təmin edilməsi. Davamlı iqtisadi inkişafa keçid" mövzusunda məruzə ilə çıxış edib.
Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə əməkdaşlıq çərçivəsində bu cür müxtəlif mövzularda mühazirələr davamlı olacaq.