Binəqədidə hesabat yığıncağı keçirilib
Binəqədi rayonunda 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat iclasının yığıncağı keçirilib. “OLAYLAR”-a daxil olan məlumata görə, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, RİH başçısının müavinləri, Aparatın məsul işçiləri, idarə-müəssisə və hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
24 İyul 2017 12:15 SosialBinəqədi rayonunda 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat iclasının yığıncağı keçirilib. "OLAYLAR"-a daxil olan məlumata görə, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, RİH başçısının müavinləri, Aparatın məsul işçiləri, idarə-müəssisə və hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Hesabat yığıncağını açıq elan edən Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısının qarşıya qoyduğu vəzifələrdən söz açıb. Natiq bu ilin altı ayı ərzində rayonun sosial-iqtisadi və mədəni-ictimai həyatında əldə olunan uğurlu nəticələrdən, aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərindən, həyata keçirilən infrastruktur layihələrdən də danışıb. Bildirib ki, ölkədə geniş vüsət alan sosial-iqtisadi inkişaf, aparılan quruculuq və abadlıq işləri Binəqədi rayonunda da yüksək templə davam edir.
Daha sonra hesabat məruzəsi ətrafında çıxış edən rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov bildirib ki, rayon ərazisində mərhələli və planlı şəkildə həyata keçirilən abadlıq-quruculuq işləri çərçivəsində 2017-ci ilin 2 rübü ərzində rayonun qəsəbələrarası və məhəllədaxili yollarında, mərkəzi prospektlərdə, yaşayış binalarının fasad və dam örtüklərində, park və meydanlarda, həmçinin digər infrastruktur sahələrində yenidənqurma və əsaslı təmir işləri aparılıb. Yığıncaqda hesabat məruzəsi ətrafında çıxış edənlər Ekologiya və təbii sərvətlər departamentinin direktoru Əlişah Rəcəbov və M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov ikinci rüb ərzində ölkəmizin, eləcə də Binəqədi rayonunun sosial-iqtisadi və mədəni-ictimai həyatında əldə olunan uğurlu nəticələrdən danışdılar və qarşıda duran vəzifələri müzakirə ediblər. Sonra Şura iclasının qərar layihəsi oxunub. İclasa yekun vuran Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov qarşıda duran vəzifələrdən danışmış, bəzi nöqsanların aradan qaldırılması ilə bağlı tapşırıqlarını verib.