Binəqədi rayonunda 22 İyul - Milli Mətbuat Günü münasibəti ilə tədbir keçirilib

Binəqədi rayonunda 22 İyul - Milli Mətbuat Günü münasibəti ilə “Binəqədi Bələdiyyələri hesabat verir” adlı tədbir keçirilib.  Rayon İcra Hakimiyyətindən “OLAYLAR”-a bildirilib ki,  tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov, millət vəkili, Milli Məclisin Regional Məsələlər Komitəsinin üzvü Tahir Rzayev, “İki sahil” qəzetinin baş redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü, əməkdar jurnalist Vüqar Rəhimzadə, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, RİH başçısı Aparatının şöbə müdirləri Ramiz Göyüşov və Elman Dadaşov, Binəqədi rayonunun bələdiyyə sədrləri, bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları, bələdiyyələrin Məhəllə Komitələrinin sədrləri, seçicilər, KİV nümayəndələri və Bakı şəhərinin digər rayonlarının bir sıra bələdiyyə sədrləri iştirak ediblər.

Binəqədi rayonunda 22 İyul - Milli Mətbuat Günü münasibəti ilə "Binəqədi Bələdiyyələri hesabat verir" adlı tədbir keçirilib.  Rayon İcra Hakimiyyətindən "OLAYLAR"-a bildirilib ki,  tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov, millət vəkili, Milli Məclisin Regional Məsələlər Komitəsinin üzvü Tahir Rzayev, "İki sahil" qəzetinin baş redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü, əməkdar jurnalist Vüqar Rəhimzadə, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, RİH başçısı Aparatının şöbə müdirləri Ramiz Göyüşov və Elman Dadaşov, Binəqədi rayonunun bələdiyyə sədrləri, bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları, bələdiyyələrin Məhəllə Komitələrinin sədrləri, seçicilər, KİV nümayəndələri və Bakı şəhərinin digər rayonlarının bir sıra bələdiyyə sədrləri iştirak ediblər.

Tədbir ilk öncə aparıcı tərəfindən açıq elan edilib və Milli Mətbuat Gününün tarixi haqqında məlumat verilib. Daha sonra Binəqədi bələdiyyələri hesabat xarakterli çıxışlarını təqdim ediblər. Belə ki, "Bələdiyyələrdə vergi ödəyiciləri ilə aparılan işin vəziyyəti: nailiyyətlər və problemlər" mövzusunda M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov, "Seçici məmnunluğu bələdiyyələrin fəaliyyətinin prioritet sahəsi kimi" mövzusunda Binəqədi Bələdiyyəsinin sədri Sitarə Cabbarlı, "Bələdiyyələrin beynəlxalq əlaqələri" mövzusunda Binəqədi qəsəbə Bələdiyyəsinin sədri Aytac Əliyeva, "Bir bələdiyyə-bir layihə"si çərçivəsində Binəqədi bələdiyyələrində görülən işlər Biləcəri Bələdiyyəsinin sədri Hikmət Quliyev geniş məlumat veriblər.

Sonra tədbirdə çıxış edənlər AzTV-nin əməkdaşı Firuzə Nadir və Belediyye.info saytının redaktoru Vüqar Tofiqli bildirdilər ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kursun məntiqi nəticəsi kimi bu gün ölkədə azad, demokratik və güclü mətbuat vardır. Hazırda müstəqil mətbuatın formalaşması və inkişafına xidmət edən siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Daha sonra natiqlər Binəqədi rayonunda media qurumları ilə işin peşəkar səviyyədə qurulduğunu və artıq media nümayəndələrinin rayon ərazisində görülən işlər barədə məlumatları rayonun sosial şəbəkələrdəki səhifələrindən, internet saytından operativ şəkildə əldə edə bildiklərini qeyd etdilər, məlumatların peşəkar səviyyədə hazırlanması və informasiya mübadiləsinin operativliyinin təmin olunmasına görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.

Daha sonra çıxış edənlər Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov, millət vəkili, Milli Məclisin Regional Məsələlər Komitəsinin üzvü Tahir Rzayev öz çıxışlarına 22 İyul- Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik etməklə başladılar. Natiqlər vurğuladılar ki, ölkəmizdə söz və mətbuat azadlığına, kütləvi informasiya vasitələrinə ən yüksək səviyyədə diqqət və qayğı göstərilir. Çıxışını davam etdirən natiqlər qeyd etdilər ki, Azərbaycan milli mətbuatının yaranmasında Həsən bəy Zərdabinin və onun yaratdığı Əkinçi qəzetinin müstəsna rolu və əhəmiyyəti vardır. Milli mətbuatın inkişafı və çiçəklənməsi isə məhz Ulu Öndərin hakimiyyəti dövrünə təsadüf edir. Bu gün də ölkə rəhbərliyi tərəfindən bu siyasət uğurla davam etdirilir. Ölkə mətbuatının inkişafı sahəsində "azad söz azad cəmiyyətin təməl daşıdır" prinsipi əsas meyar kimi qəbul edilir.

Tədbirin rəsmi hissəsi Milli Mətbuat Günü ilə bağlı bir neçə media nümayəndələrinin və televiziya əməkdaşlarının Fəxri fərmanla təltif edilməsi ilə bitib.

Tədbirin bədii hissəsi konsert proqramı ilə davam etdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31