Binəqədi rayonunda Şura iclası keçirilib

Binəqədi Rayon İcra Hakimiyyəti başçısı yanında “Rayonda ideoloji işin təşkili vəziyyəti və onun təkmilləşdirilməsi ilə əlaqədar tədbirlər”ə həsr olunmuş Şura iclası keçirilib. “OLAYLAR”-a daxil olan məlumata görə, tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Hüquq-mühafizə orqanlarının rəhbərləri, İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri və s. iştirak edib.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısı yanında "Rayonda ideoloji işin təşkili vəziyyəti və onun təkmilləşdirilməsi ilə əlaqədar tədbirlər"ə həsr olunmuş Şura iclası keçirilib. "OLAYLAR"-a daxil olan məlumata görə, tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Hüquq-mühafizə orqanlarının rəhbərləri, İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri və s. iştirak edib.

Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov çıxışında bildirib ki, bu gün müasir dünya daha operativ və novator yanaşma tələb edir. Və qloballaşan dünyanın tələblərinə cavab verən ölkəmizdə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan işlərin nəticəsi olaraq yerlərdə vətəndaşlarla müntəzəm əlaqənin saxlanması, düzgün kadr seçimi, internet resurslarında və sosial şəbəkələrdə yer alan xəbərlərin izlənməsi və təhlil olunması, ideoloji işin yüksək səviyyədə qurulması, təhsil infrastrukturunun və mühitinin yaxşılaşdırılması, ekologiya, turizm, əhalinin asudə vaxtının səmərəli təşkili, cəmiyyətin həyatında qadınların fəallığının artırılması, səhiyyənin, bədən tərbiyəsinin, idmanın inkişafı, gənclər və uşaq siyasəti, din və s. məsələlər barədə də ətraflı müzakirələr aparılmalı, konkret işlər görülməlidir.

Daha sonra Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva və şöbə müdirləri çıxış ediblər. Çıxışlardan sonra İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rauf Həsənov Şura iclasının qərar layihəsini oxuyub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31