IV İslam Həmrəylik Oyunları sosial şəbəkələrdə təbliğ olunacaq

Binəqədi rayonunda IV İslam Həmrəylik Oyunlarının Sosial şəbəkələrdə təbliğat kampaniyası ilə bağlı toplantı keçirilib.

Binəqədi rayonunda IV İslam Həmrəylik Oyunlarının Sosial şəbəkələrdə təbliğat kampaniyası ilə bağlı toplantı keçirilib. Rayon İcra Hakimiyyətindən "OLAYLAR"-a bildirilib ki, toplantıda çıxış edən Binəqədi rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rauf Həsənov bildirib ki, gənclər sosial şəbəkələrdə düzgün istifadə etməklə ölkəmizin təbliğatını aparmalıdırlar. Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova Binəqədi rayonun rəsmi facebook səhifəsi haqqında geniş məlumat verib, Sonra Binəqədi rayon İcra Hakimiyyətində təcrübədə olan ASAN könüllüləri Azər Ağayev və Səma Tağıyeva "Gəlin Həmrəy olaq " adlı təqdimat ediblər. Çıxışlardan sonra toplantını media eksperti, 7 news.az saytının rəhbəri Səbuhi Abbasov davam etdirib. Mövzu əsasında gəncləri maraqlandırılan suallar cavablandırılmış və təlim diskussiya şəkilində davam edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31