Binəqədi rayonunda “Ailə Akademiyası” layihəsi çərçivəsində tədbir keçirilib

07 Aprel tarixində YAP Binəqədi rayon təşkilatının akt zalında Binəqədi Rayon İcra Hakimiyyəti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı və Ədliyyə Nazirliyinin dəstəyi ilə “Ailə Akademiyası” layihəsi çərçivəsində tədbir keçirilib .

07 Aprel tarixində YAP Binəqədi rayon təşkilatının akt zalında Binəqədi Rayon İcra Hakimiyyəti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı və Ədliyyə Nazirliyinin dəstəyi ilə "Ailə Akademiyası" layihəsi çərçivəsində tədbir keçirilib . "OLAYLAR"-ın xəbərinə görə,  tədbirdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrinin müavini Aynur Sofiyeva, Ədliyyə Nazirliyinin İnzibati Nəzarət idarəsinin əməkdaşı Hafiz Əliyev, Aparatın şöbə müdiri Elman Dadaşov, YYÇİHM üzrə Komissiyanın məsul katibi Aynur Abbasova, AMEA-nın professoru Rəna Mirzəzadə, "Qadınlar Bələdiyyələrin İnkişafı uğrunda" İB-nin rəhbəri Lyudmila Xəlilova, YAP Binəqədi rayon təşkilatının Aparat rəhbəri Sevinc Abdullayeva, YAP Binəqədi rayon təşkilatı Qadınlar Şurasının üzvləri, Rayon bələdiyyə sədrləri, Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova, din xadimi Rüfət Qarayev, Rayon Qeydiyyat şöbəsinin müdiri, rayonun səhiyyə, məktəbəqədər və orta ümumtəhsil və mədəniyyət müəssisələrinin nümayəndələri, ictimai birliklərin nümayəndələri, ASAN Könüllüləri, fəal gənclər iştirak ediblər. Çıxış edən natiqlər Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Ədliyyə Nazirliyinin İnzibati Nəzarət idarəsinin əməkdaşı Hafiz Əliyev, AMEA-nın professoru Rəna Mirzəzadə, "Qadınlar Bələdiyyələrin İnkişafı uğrunda" İB-nin rəhbəri Lyudmila Xəlilova bildiriblər ki, belə mövzular ətrafında bu cür tədbirlərin keçirilməsi və maarifləndirmə işləri aparmaq olduqca vacib məsələlərdən biridir. Natiqlər qeyd ediblər ki, dahi öndərimiz yaxşı bilirdi ki, cəmiyyətin və dövlətin güclənməsi ailə siyasətinin düzgün həyata keçirilməsi, öz layiqli, sosial-mənəvi inkişafını təmin edən, həyat strategiyasını gerçəkləşdirə bilən, fəal, güclü ailələrin formalaşması ilə sıx bağlıdır. Azərbaycan Prezidenti cənab İlham Əliyev də respublikaya rəhbərliyə başladığı ilk gündən ailə institutunun möhkəmlənməsini diqqət mərkəzində saxlayıb. Bu siyasətin daha da gücləndirirlməsi və uğurla həyata keçirilməsi məqsədilə bir sıra layihələr uğurla gerçəkləşdirilib. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ailə məsələlərinə, bu sahədə aktual problemlərə həssas münasibəti də Azərbaycanda ailə institutunun mühüm önəm daşımasından xəbər verir. Mehriban xanım Əliyeva çıxışlarının birində "Ailə dəyərləri cəmiyyətimizin ən mühüm və qiymətli dəyərləri olub və olaraq qalır"- deməsi bunun bariz ifadəsidir.

Tədbir yekunlaşdıqdan sonra qonaqlar Binəqədi Mərkəzi Mədəniyyət Evində Binəqədi qəsəbə Bələdiyyəsinin "Ailə Akademiyası" layihəsi çərçivəsində hazırladığı təlimə baxıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31