Binəqədidə soyqırım qurbanları anılıb
Binəqədi rayonu ərazisində yerləşən Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının akt zalında "31 Mart – Tarixin Soyqırımı" adlı tədbir keçirilib. İcra Hakimiyyətindən “OLAYLAR”-a bildirilib ki, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Bakı Dövlət Universitetinin kafedra müdiri, tarix elmləri doktoru, professor Anar İsgəndərov, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdiri Elman Dadaşov və ş. iştirak ediblər. Tədbirdə soyqırımla bağlı fil nümayiş olunub.
31 Mart 2017 12:45 SosialBinəqədi rayonu ərazisində yerləşən Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının akt zalında "31 Mart - Tarixin Soyqırımı" adlı tədbir keçirilib. İcra Hakimiyyətindən "OLAYLAR"-a bildirilib ki, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Bakı Dövlət Universitetinin kafedra müdiri, tarix elmləri doktoru, professor Anar İsgəndərov, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdiri Elman Dadaşov və ş. iştirak ediblər. Tədbirdə soyqırımla bağlı fil nümayiş olunub. Sonra çıxış edənlər Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva və Bakı Dövlət Universitetinin kafedra müdiri, tarix elmləri doktoru, professor Anar İsgəndərov çıxışlarında Azərbaycan həqiqətlərinin, eləcə də ermənilərin bir yüzillikdə dəfələrlə azərbaycanlılara qarşı soyqırımı, etnik təmizləmə, deportasiya kimi qanlı cinayətlər törətməsi kimi tarixi faktlara söykənən gerçəkliklərin beynəlxalq aləmdə təbliği istiqamətində görülən işlərdən, bu məsələdə dövlətin davamlı dəstəyindən danışıblar. Çıxışlardan sonra Şirzad Pirallahının ifasında "Qalx ayağa, Azərbaycan!", "Olsun gərək", "İttiham-2" şeirləri səsləndirilmiş və rayonun istedadlı gəncləri tərəfindən "Haray" və "Azərbaycan" mahnıları ifa edilib.