Beynəlxalq Mülki Müdafiə günü qeyd edilib
Binəqədi Rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi Binəqədi rayon Fövqəladə hallar və mülki müdafiə şöbəsinin birgə təşkilatçılığı ilə 3 saylı tam orta məktəbdə Beynəlxalq Mülki Müdafiə günü ilə bağlı tədbir keçirilib.
2 Mart 2017 12:20 SosialBinəqədi Rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi Binəqədi rayon Fövqəladə hallar və mülki müdafiə şöbəsinin birgə təşkilatçılığı ilə 3 saylı tam orta məktəbdə Beynəlxalq Mülki Müdafiə günü ilə bağlı tədbir keçirilib. "OLAYLAR"-a daxil olan məlumata görə, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Rayon Fövqəladə Hallar komissiyasının sədri İlqar Süleymanov, FHN Mülki Müdafiə işinin təşkili baş idarəsinin Əhalinin və Ərazilərinin Mühafizəsinin təşkili idarəsinin rəisi, polkovnik leytenant Elman Əzizov və digər rəsmi şəxslər, 276, 83, 102 saylı məktəblərin təlim-tərbiyə üzrə direktor müavinləri şagirdlər və müəllimlər iştirak etdilər. Tədbirdə Mülki müdafiə qrupları tərəfindən fövqəladə hallar zamanı görülən zəruri təhlükəsizlik tədbirləri şərti olaraq göstərildi. Sonra isə fövqəladə hallar zamanı istifadə olunan avadanlıqlar və geyim əşyaları ilə tanışlıq oldu.