Binəqədidə prezidentin fərmanının icrası ilə bağlı iclas keçirilib

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun sədrliyi ilə şura iclası keçirilib. Şura iclasında Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, qəsəbə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklər, bələdiyyələr, kommunal və bir sıra strukturların rəhbərləri iştirak ediblər.

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun sədrliyi ilə şura iclası keçirilib. Şura iclasında Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, qəsəbə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklər, bələdiyyələr, kommunal və bir sıra strukturların rəhbərləri iştirak ediblər. Rayon İcra Hakimiyyətindən "OLAYLAR"-a verilən məlumata görə, müşavirədə Azərbaycan Respublikasının Prezidentinin 30 dekabr 2016-cı il tarixli "Bakı şəhərində mühəndis-kommunikasiya təminatı obyektlərinin normal fəaliyyətinin təmin olunması ilə bağlı bəzi tədbirlər haqqında" Fərmanının icrası və 10 fevral 2017-ci il tarixdə Bakı Şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar görüləcək işlər haqqında müzakirə aparılıb. Xaləddin İsgəndərov fərmanın icrası ilə əlaqədar Aparatın müvafiq şöbələrinə, hüquq-mühafizə orqanlarının rəhbərlərinə, inzibati və sahə inzibati ərazi dairələri üzrə nümayəndələrə, bələdiyyə sədrlərinə, kommunal və təsərrüfat xidmətlərinin rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələr verib.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31