Binəqədidə psixoloqlar üçün təlim keçirilib
Binəqədi rayon Gənclər evində Rayon İcra Hakimiyyəti və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə rayonda yerləşən orta ümumtəhsil məktəblərində çalışan psixoloqlar üçün “Məktəb psixoloqlarının şagird həyatında rolu” mövzusunda psixoloji təlim keçirilib.
13 Fevral 2017 15:56 SosialBinəqədi rayon Gənclər evində Rayon İcra Hakimiyyəti və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə rayonda yerləşən orta ümumtəhsil məktəblərində çalışan psixoloqlar üçün "Məktəb psixoloqlarının şagird həyatında rolu" mövzusunda psixoloji təlim keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, təlimdə Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Seymur Hacıyev, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova, ekspert-Bakı Mühəndislik Universitetinin "Psixoloji məsləhət şöbəsi"nin müdiri, "İmzam" Təhsil Mərkəzinin müəllim-psixoloqu Hüseyn Xəlilov və orta ümumtəhsil məktəblərinin psixoloqları iştirak ediblər. Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Seymur Hacıyev məktəblərdə çalışan psixoloqların peşəkarlığının artırılması üçün belə təlimlərin keçirilməsinin böyük əhəmiyyətindən danışaraq, uşaqların inkişafı, onların yaşına uyğun olaraq vəzifələri yerinə yetirməsi, digər şəxslərlə münasibət qura bilməsi, ailə və cəmiyyətin qaydalarına uyğun davranmasında psixoloq məsləhətinə böyük ehtiyac duyduğunu vurğulayıb.