Binəqədidə “İslam Həmrəyliyi İli” çərçivəsində tədbir keçirilib
Fevralın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Binəqədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Binəqədi rayonu 115 saylı tam orta məktəbdə “İslam Həmrəyliyi İli” çərçivəsində növbəti tədbir keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Rauf Həsənov multikulturalizm və tolerantlığın Azərbaycanda həyat tərzi olmasından bəhs edib. Son dövlər bu istiqamətdə görülən tədbirlər haqqında qısaca məlumat verib. Daha sonra çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Pərvin Əlizadə 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunmasının regional və beynəlxalq müstəvidə sabitliyin qorunmasındakı əhəmiyyətindən danışıb.
10 Fevral 2017 17:41 SosialFevralın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Binəqədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Binəqədi rayonu 115 saylı tam orta məktəbdə "İslam Həmrəyliyi İli" çərçivəsində növbəti tədbir keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Rauf Həsənov multikulturalizm və tolerantlığın Azərbaycanda həyat tərzi olmasından bəhs edib. Son dövlər bu istiqamətdə görülən tədbirlər haqqında qısaca məlumat verib. Daha sonra çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Pərvin Əlizadə 2017-ci ilin ölkəmizdə "İslam Həmrəyliyi İli" elan olunmasının regional və beynəlxalq müstəvidə sabitliyin qorunmasındakı əhəmiyyətindən danışıb.