Binəqədidə təhsil sahəsində mövcud olan problemlər müzakirə edilib
Binəqədi rayonunda əhalinin təhsil müəssisələrinə tələbatını müəyyənləşdirmək, təhsilin inkişafı səviyyəsi barədə əhalinin məlumatlandırılması, təhsil sahəsində mövcud olan problemlərin aradan qaldırılması məqsədilə orta ümumtəhsil məktəblərində görüşlər keçirilir. “OLAYLAR”-ın Rayon İcra Hakimiyyətinə istinadən verdiyi xəbərə görə, növbəti görüş 115 nömrəli tam orta məktəbdə baş tutub.
7 Fevral 2017 12:08 SosialBinəqədi rayonunda əhalinin təhsil müəssisələrinə tələbatını müəyyənləşdirmək, təhsilin inkişafı səviyyəsi barədə əhalinin məlumatlandırılması, təhsil sahəsində mövcud olan problemlərin aradan qaldırılması məqsədilə orta ümumtəhsil məktəblərində görüşlər keçirilir. "OLAYLAR"-ın Rayon İcra Hakimiyyətinə istinadən verdiyi xəbərə görə, növbəti görüş 115 nömrəli tam orta məktəbdə baş tutub. İclasda Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Aparatın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, şöbənin baş məsləhətçisi Elnur Məmmədov və orta ümumtəhsil məktəbinin rəhbər vəzifəli şəxsləri ilə yanaşı digər məsul işçiləri də iştirak ediblər. Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva təhsilin inkişafı ilə bağlı bir sıra əhəmiyyətli sənədlərin qəbul edildiyini nəzərə çatdıraraq bütün bunların ölkə Prezidenti cənab İlham Əliyevin təhsil sahəsinə göstərdiyi diqqətin nəticəsi olduğunu vurğulayıb. Görüş zamanı A.Əliyeva Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun sədrliyi ilə Binəqədi Rayon İcra Hakimiyyətində keçirilmiş iclasda səsləndirilən fikirlərə toxunaraq, orta ümumtəhsil müəssisələrində də korrupsiya hallarının baş verməsinin, bəzi məktəblərdə baş verən mənfi hallar ictimaiyyət arasında ciddi narazılıq yaratdığını da qeyd edib. O, orta ümumtəhsil müəssisələrində korrupsiya və digər mənfi halların qarşısının alınması, ümumi nəzarətin təşkili, məktəblərlə bağlı ictimai rəydə səslənən fikirlərə həssas yanaşılması, məktəblə valideynlər arasında əlaqələrin inkişaf etdirilməsinə və digər məsələlərə toxunub. Eyni zamanda sakinlərdən daxil olan müraciətləri təhlil etmək, onların bəhs etdikləri mövzuları, problemləri və bunların həlli üçün tədbirlərin araşdırılması və neqativ halların aradan qaldırılması tapşırılıb və qeyd edilib ki, bütün sahələrdə olduğu kimi orta ümumtəhsil müəssisələrində də korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə tədbirləri daha da gücləndirilməli, onların aradan qaldırılmasına dair sistemli tədbirlər hazırlanaraq həyata keçirilməli, şəffaflıq artırılmalıdır.