Binəqədidə qeyri-sabit hava şəraiti ilə bağlı tədbirlər gücləndirilib
Qeyri-sabit hava şəraiti ilə bağlı Binəqədi rayonu ərazisində bələdiyyələr və MKTB tərəfindən hazırlıq tədbirləri gücləndirilib.
1 Fevral 2017 13:52 SosialQeyri-sabit hava şəraiti ilə bağlı Binəqədi rayonu ərazisində bələdiyyələr və MKTB tərəfindən hazırlıq tədbirləri gücləndirilib. Rayon İcra Hakimiyyətindən "OLAYLAR"-a bildirilib ki, yollarda yaranan buzlaşmanın qarşısını almaq üçün duz və qum qarışığı səpilməsi üçün texnikalar hazır vəziyyətə gətirilib. O cümlədən, qaz, işıq, su və istillik təchizatı ilə bağlı rayon ərazisində aidiyyəti qurumlar gücləndirilmiş iş rejimində çalışırlar. Bütün bunlara baxmayaraq, rayon ərazisində kommunal təchizatı sahəsində problem yarandığı halda Binəqədi Rayon İcra Hakimiyyətinin Sakinlərin Müraciəti Xidmətinə (1646-ya) zəng vurmaq xahiuş olunur.