Binəqədidə məcburi köçkünlərlə bağlı müşavirə keçirilib

Binəqədi Rayon İcra Hakimiyyətində Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun sədrliyi ilə Azərbaycan Respublikası Prezidentinin “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” 23 yanvar 2017-ci il tarixli Fərmanının icrası ilə əlaqədar müşavirə keçirilib.

Binəqədi Rayon İcra Hakimiyyətində Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun sədrliyi ilə Azərbaycan Respublikası Prezidentinin "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında" 23 yanvar 2017-ci il tarixli Fərmanının icrası ilə əlaqədar müşavirə keçirilib. "OLAYLAR"-a daxil olan məlumata görə, müşavirəni giriş sözü ilə açan Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov tədbirin mahiyyəti barədə məlumat verib. Sonra "Azərişıq" ASC-nin İnkişaf və İnvestisiya Departamentinin direktoru Toğrul Rəhimov çıxış edərək, Fərmandan irəli gələn vəzifələrin icrası ilə əlaqədar "Azərişıq" ASCtərəfindən görülən hazırlıq işləri və görüləsi işlər barədə ətraflı danışıb. Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov müşavirəyə yekun vuraraq, Fərmanının icrası ilə əlaqədar yerlərdə əhali arasında izahat və maarifləndirmə işləri aparmaq və görüləcək işlərin operativliyini təmin etmək məqsədilə Rayon İcra Hakimiyyəti başçısının Sərəncamı ilə xüsusi işçi qrupunun yaradılması, Rayon İcra Hakimiyyəti başçısının müavinləri və şöbə müdirləri arasında ərazilər üzrə bölgü aparılması barədə,habelə müzakirə olunan digər məsələlərlə əlaqədar aidiyyəti üzrə müvafiq tapşırıq və tövsiyələrini verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31