Binəqədidə Rumıniya Mədəniyyəti Günü keçirilib
Binəqədi rayonu ərazisində yerləşən dahi rumın bəstəkarı Corc Enescu adına parkda Rumıniyanın Mədəniyyəti Günü ilə bağlı tədbir keçirilib. İcra Hakimiyyətindən “OLAYLAR”-a bildirilib ki, Mədəniyyət günü Rumıniyanın xalq şairi Mihai Emineskunun dünyaya gəlməsi ilə eyni gündə keçirilir. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Rumıniya dövlətinin ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Dan İanku, eləcə də Rayon İcra Hakimiyyətinin digər rəsmiləri, Binəqədi Rayon bələdiyyəsinin əməkdaşları iştirak ediblər.
17 Yanvar 2017 11:18 SosialBinəqədi rayonu ərazisində yerləşən dahi rumın bəstəkarı Corc Enescu adına parkda Rumıniyanın Mədəniyyəti Günü ilə bağlı tədbir keçirilib. İcra Hakimiyyətindən "OLAYLAR"-a bildirilib ki, Mədəniyyət günü Rumıniyanın xalq şairi Mihai Emineskunun dünyaya gəlməsi ilə eyni gündə keçirilir. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Rumıniya dövlətinin ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Dan İanku, eləcə də Rayon İcra Hakimiyyətinin digər rəsmiləri, Binəqədi Rayon bələdiyyəsinin əməkdaşları iştirak ediblər. Tədbiri çıxış nitqi ilə açıq elan edən Rumıniyanın Azərbaycandakı səfiri Dan İanku çıxışında tədbir iştirakçılarına tədbirin mahiyyətini izah edərək iki ölkə arasında olan dostluq münasibətlərindən danışıb. O deyib ki, Azərbaycanda Rumıniya Mədəniyyəti Gününün keçirilməsi iki dövlət arasında humanitar əlaqələrin inkişafı üçün böyük əhəmiyyətə malikdir. Səfir o cümlədən, təşkilatçılığa görə Binəqədi Rayon İcra Hakimiyyətinə təşəkkürünü bildirib. Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, iki ölkə arasında olan dostluq münasibətlərindən danışaraq bu formada olan mədəni tədbirlərin vacibliyini, ölkələrimizin müxtəlif sahələrdə sıx əməkdaşlığını, xalqlarımızın uzun illərdir dostluq etdiyini, bir-birinin mədəniyyətinə və ənənələrinə hörmətlə yanaşdıqlarını qeyd edib. Çıxışlardan sonra şairə, Rumıniya səfirliyinin əməkdaşı Fəridə Hacıyeva Corc Eneskunun Azərbaycan dilinə tərcümə etdiyi şeirlərini səsləndirib.