Misir Mədəniyyət Günü keçirilib
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2017-ci il Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilib. Bununla əlaqədar olaraq, Binəqədi rayonunda yerləşən Xəzər Universiteti Dünya Məktəbində Misir Mədəniyyət Günü keçirildib. “OLAYLAR”-ın xəbərinə görə, “Elçi daşı” layihəsi çərçivəsində həyata keçirilən bu tədbirin məqsədi ölkəmizdəki mövcud səfirliklər, xarici ölkələrin mədəniyyət mərkəzləri ilə bərabər maraqlı işlər qurmaq, elm və təhsilimizi dünyaya tanıtmaq, şagirdləri ölkələrlə daha yaxından tanış etməkdir.
16 Yanvar 2017 12:44 SosialAzərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2017-ci il Azərbaycan Respublikasında "İslam Həmrəyliyi İli" elan edilib. Bununla əlaqədar olaraq, Binəqədi rayonunda yerləşən Xəzər Universiteti Dünya Məktəbində Misir Mədəniyyət Günü keçirildib. "OLAYLAR"-ın xəbərinə görə, "Elçi daşı" layihəsi çərçivəsində həyata keçirilən bu tədbirin məqsədi ölkəmizdəki mövcud səfirliklər, xarici ölkələrin mədəniyyət mərkəzləri ilə bərabər maraqlı işlər qurmaq, elm və təhsilimizi dünyaya tanıtmaq, şagirdləri ölkələrlə daha yaxından tanış etməkdir. Layihəyə Misirdən başlanması təsadüfi deyildi. Misir dünyanın ən qədim mədəniyyət mərkəzlərindən biri kimi zəngin tarixə malik olmaqla, həm də İslam ölkəsidir. Misir Azərbaycana dost olan dövlətdir və müştərək bağlarımız var.Tədbirdə Misirin səfiri Suzan Cəmil, Misir Mədəniyyət Mərkəzinin sədri Əhməd Sami, İordaniyanın, Sudanın səfirləri və Səudiyyə ərəbistanı, Fələstin, Mərakeş, Küveyt, Əlcairin və digər ərəb ölkələrinin səfirliklərinin əməkdaşları, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının müavini Aygün Əliyeva, Millət vəkili, professor Nizami Cəfərov, Xəzər Universiteti və Dünya məktəbinin təsisçisi, professor Hamlet İsaxanlı və digərləri iştirak edirdilər.Çıxışçılar Azərbaycanla Misirin müştərək mədəni bağlarından, dost ölkə olaraq münasibətlərindən söz açdılar. Çoxlu sayda qonaqların və media mənsublarının iştirak etdiyi bu tədbirdə qədim ərəb əfsanəsi "Leyli və Məcnun"un klassik ədəbiyyatımızda özünəməxsus yerindən söz açıldı. Şagirdlərin ifasında Məhəmməd Füzulinin "Leyli və Məcnun" poemasından səhnələşdirilmiş parça hər kəsdə maraq yaratdı. Eyni zamanda "Misir şagirdlərin gözü ilə" başlığı altında uşaqların rəsm əsərləri və inşa - yazılarından ibarət sərgi, Misir haqqında təsəvvürləri genişləndirən eksponatlardan ibarət sərgi də yüksək dəyərləndirilib