İlhamənin Kanar adalarında çəkilən super klipi VIDEO

Müğənni İlhamə Qasımova yenidən Avropalı fanatlarını heyrətləndirib. Müğənninin yeni ərsəyə gələn "Flying" mahnısına çəkilmiş klipi dünyada izləmə rekordlarını qıraraq ön cərgələrdə qərarlaşıb. "Qafqazinfo"nun məlumatına görə, Almaniyanın TDF kanalı xəbər verir ki, Azərbaycanlı müğənninin dünyanı səyahət etməkdən bəhs edən "Flying" mahnısı artıq indidən bu yayın hitinə çevrilib. Qeyd edək ki, şən, dinamik əhval-ruhiyyədə yazılan mahnının müəllifi İlhamənin produsseri Mark Dollardır.lipin rejissor işi isə Oliver Sommerə məxsusdur. Rənganərəngliyinə görə insanı səyahət əhval-ruhiyyəsinə kökləyən klip, dünyanın məşhur məkanlarında - Kanar adalarında, Tenerifedə, Playa de La Amerikada lentə alınıb. Mahnıda İlhamə Qasımovanın duet ortağı dünyada tanınmış RIO grupunun solisti U-Jean adlı amerikalı müğənnidir.
Klip İlhamə, U-Jean, Dc OGB üclüyü ilə ərsəyə gəlsə də azərbaycanlı müğənniyə məxsusdur. Klip və mahnı rəsmi olaraq satışa bir necə Avropa ölkəsində, o cümlədən Almaniyada iyun ayının 8-dən buraxılacaq. "Universal" sirkəti ilə bağlanılan müqaviləyə əsasən, mahnının və klipin yayım hüquqları da bu şirkətə məxsusdur. Mahnı sevildiyindən, artıq Almaniyanın bütün radioları İlhamənin "Flying" mahnısını səsləndirməyə başlayıb. Müğənninin klipi isə yaxın zamanlarda Avropanın bütün kanallarında, eləcə də Amerika televiziyalarında yayımlanacaq. Məlumatlara görə, müğənninin klipindən reklam məqsədilə istifadə etmək üçün artıq bir necə aviakampaniyalar da müraciət edib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

DİGƏR XƏBƏRLƏR