Şərqlə Qərbin qovşağında: Naxçıvandan Türkiyə və Avropaya böyük enerji qapısı – ÖZƏL
17:47 Siyasət"Naxçıvanın gələcəyi iki paralel xətlə formalaşır - nəqliyyat, yəni tranzit (TRIPP) və yaşıl enerji ixracı".
Bu sözləri prezident İlham Əliyevin müsahibəsi ilə bağlı Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əfsanə İbrahimova deyib. Siyasi şərhçi bildirib ki, TRIPP tərəfinə nəzər salsaq görərik ki, bu, Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu layihəsidir və Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacağı bildirilir . Paralel olaraq Türkiyə-Azərbaycan Naxçıvandan Qarsa çıxan 224 km-lik Kars-Dilucu dəmir yolunu da irəli aparır, təxmini dəyəri 2,4 milyard avro olan bu xəttin 2030-a tamamlanması planlaşdırılır. Yəni TRIPP baş tutmasa belə, alternativ bağlantı xətləri artıq işə düşür.
"Enerji tərəfinə nəzər salsaq görərik ki, Naxçıvanda güclü günəş və külək enerjisi potensialı inkişaf etdirilir. TotalEnergies və Nobel Energy Management şirkətləri ilə ümumilikdə 900 MVt gücündə günəş və külək layihələri üzrə əməkdaşlıq sənədləri imzalanıb, bunun 650 MVt-ı məhz Naxçıvanda yaradılacaq,bu da Naxçıvanı və Şərqi Zəngəzuru yaşıl enerjinin həm istehsal-istehlak, həm də ixrac mənbəyinə çevirir. İstehsal olunacaq yaşıl enerjinin 1000 MVt-ının Türkiyə və Avropaya ixracı nəzərdə tutulur. Konkret layihələr üçün isə Kəngərli və Babək rayonlarında minlərlə hektar sahə ayrılıb. Bu iki xəttin birləşməsi Naxçıvanı təcrid olunmuş regiondan Türkiyə-İran-Ermənistan sərhədində fəaliyyət göstərən logistik və enerji habına çevirmək məqsədi daşıyır. Amma diqqətli olmaq lazımdır. TRIPP-in taleyi hələ region təhlükəsizliyi və siyasi danışıqlardan asılıdır", - deyə ekspert əlavə edib.
Səidə Ramazanova