"Kral klubu"ndan 19 yaşlı ingilisə 180 milyonluq təklif
"Borussiya Dortmund"un ingiltərəli yarımmüdafiəçisi Ceydon Sanço karyerasını İspaniyada davam etdirə bilər.
25 Aprel 2019 13:42 İdman"Borussiya Dortmund"un ingiltərəli yarımmüdafiəçisi Ceydon Sanço karyerasını İspaniyada davam etdirə bilər.
Olaylar.az bildirir ki, "Real Madrid"in baş məşqçisi Zinəddin Zidan klub rəhbərliyinə 19 yaşlı Sançonun transfer olunmasını istəyib.
Qeyd edək ki, Ceydon Sançonun transfer dəyəri 180 milyon avrodur. Yarımmüdafiəçi cari mövsümdə Bundesliqada keçirdiyi 30 matçda 11 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31