Aİ Ukraynaya 1 milyard avroluq maliyyə yardımı edib

Avropa İttifaqı dondurulmuş Rusiya aktivlərindən əldə olunan reinvestisiya gəlirlərindən Ukraynaya 1 milyard avro köçürüb.

Olaylar xəbər verir ki, bu barədə Avropa Komissiyasının iqtisadi məsələlər üzrə ali nümayəndəsi Valdis Dombrovskis öz "X" səhifəsində məlumat paylaşıb.

"Bu gün biz Rusiya aktivlərindən əldə olunan gəlirlərdən ibarət, Yeddilik Qrupu tərəfindən hazırlanmış 45 milyard avroluq proqram çərçivəsində Ukraynaya daha 1 milyard avro köçürdük", - o bildirib.

Dombrovskis qeyd edib ki, 2025-ci ildə Ukrayna bu proqram çərçivəsində artıq 6 milyard avro alıb və Avropa Komissiyası gələcəkdə ona əlavə 12 milyard avro köçürməyi planlaşdırır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31