Paşinyanın “uğuru”: ticarət dövriyyəsi azaldı

Cari ilin ilk rübündə Ermənistanın xarici ticarət dövriyyəsi 5% azalıb.

Cari ilin ilk rübündə Ermənistanın xarici ticarət dövriyyəsi 5% azalıb.

Axar.az xəbər verir ki, bu məlumatı "Joxovurd" qəzeti yayıb. Məlumata görə, cari ilin ilk rübündə xarici ticarət dövriyyəsi 1,6 milyard dollar təşkil edib. Ölkənin ixracı 8,6%, idxalı isə 3,1% azalıb.

Ümumilikdə ixrac idxaldan iki dəfə az olub. Belə ki, ölkənin idxalatı 1,085 milyard dollar, ixracatı isə 543 milyon dollar təşkil edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31