Teatr və kino
Bərdia Kiyarəs Musiqili Teatrda
İran İslam Respublikasının tanınmış musiqiçilərindən biri, məşhur dirijor Bərdia Kiyarəs Musiqili Teatrında çıxış edəcək. Qurumun mətbuat katibi Samir Sədaqətoğlu “Olaylar” – a bildirib ki, tanınmış dirijor sentyabr ayında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində nümayiş olunacaq “O olmasın, bu olsun” və “Arşın mal alan” tamaşalarını idarə edəcək. Tamaşaların nümayişi 23-24 sentyabr tarixlərində baş tutacaq. Qeyd edək ki, Bərdia Kiyarəs Aksel, Vilezok kimi professorlardan ustad dərsləri alıb. Habelə 2010-cu ildə Berlin Operasında Jülyen Salemkurun ustad dərslərinin iştirakçısı olub.
“Dəli Kür”ün Mələyi: “Onun mənə, mənim ona sevgim tükənməz idi...”
"Nar bağı" Beynəlxalq festivalda
İyunun 30-u 52-ci Karlovı Varı Beynəlxalq Film Festivalının təntənəli açılışı olub. Azərbaycan festivalda “Azərbaycanfilm” kinostudiyasının və “Buta Film” kino şeirkətinin birgə istehsalı olan “Nar bağı” filmi ilə təmsil olunur. Film bu gün “Qərbin Şərqi” proqramının açılış mərasimində təqdim olunacaq.
“Hədiyyə” “Corti a Sud – Polla in Corto” beynəlxalq qısametrajlı filmlər festivalında
Gənc rejissor Emin Əfəndiyevin “Hədiyyə” bədii filminin beynəlxalq təqdimatı İtaliyada baş tutacaq. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından "Olaylar"- a bildirilib ki, film “Corti a Sud – Polla in Corto” beynəlxalq qısametrajlı filmlər festivalına dəvət alıb. “Hədiyyə” filmi festivalın əsas proqramında yer alıb. Festival iyulun 3-4-də Salerno şəhərində keçiriləcək. “Hədiyyə” bədii filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında dörd gənc rejissor tərəfindən lentə alınan “40-cı paraleldə” kinoalmanaxına daxil olan qısametrajlı filmlərdən biridir.
"İki yad adam" filmi Tbilisidə
Gürcüstanın paytaxtı Tbilisi şəhərində Socar Georgia-nın dəstəyi ilə görkəmli yazar Mir Cəlal Paşayevin "Kəmtərovlar Ailəsi" hekayəsinin motivləri əsasında çəkilən "İki yad adam" filminin nümayişi baş tutub. Film tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Filmin nümayişindən sonra Socar Georgia-nın rəhbəri Mahir Məmmədov, eləcə də səfərdə iştirak edən filmin yaradıcı qrupunun üzvləri, layihə rəhbəri Hüseyn Cavadzadə və baş rolun ifaçısı Duyğu Dəvəli çıxış ediblər. Qeyd edək ki "İki yad adam" filmi mart ayında ilk dəfə Çinin paytaxtı Pekin şəhərində keçirilən “Grand Asian” Film Festivalda nümayiş olunub və "Ən Yaxşı Sosial Film" nominasiyasında qalib olub.
“Səsini unutma” mövsümə son qoyacaq
İyulun 13 – də Azərbaycan Dövlət “Yuğ” Teatrı mövsümə “Səsini unutma” adlı səhnə əsəri ilə yekun vuracaq. Teatrdan “Olaylar” – a bildirilib ki, yazıçı Kamal Abdullanın “Bir, iki bizimki” pyesi əsasında hazırlanan tamaşa sənət ocağının repertuarında olan yeni tamaşalardandır. Rejissor Gümrah Ömərin quruluşunda təqdim ediləcək səhnə əsərinin quruluşçu rəssamı Rəşid Şerif, musiqi tərtibatçısı Amid Qasımovdur.
Təbrizli aktyor “999-cu gecə” - də
Təbrizin tanınmış və sevilən kino və teatr aktyoru Camal Saqinejad Musiqili Teatrının repertuarında uğurla oynanılan SSRİ Xalq artisti, dünya şöhrətli bəstəkar Fikrət Əmirovun ölməz musiqiləri və “Min bir gecə” nağıllarının motivləri əsasında hazırlanan “999-cu gecə” tamaşasında çıxış edəcək. Dövlət Musiqili Teatrının mətbuat katibi Samir Sədaqətoğlu “Olaylar” – a bildirib ki, Camal Saqinejad tamaşada Şah obrazını canlandıracaq. Artıq məşqlərə başlayan aktyor ona göstərilən etimaddan məmnun olduğunu və yaradılan şəraitdən razı qaldığını söyləyib. “Bu mənim Azərbaycan teatrında ilk işim olmayacaq. Novruz bayramı günlərində Musiqili Teatrla Təbriz Teatrının birgə hazırladığı Beynəlxalq layihə olan “Bəxtəvər” komediyasını tamaşaçılara təqdim etdik. “Bəxtəvər” sizin izləyicilərlə yanaşı, İran İslam Respublikasından gələn turistlər tərəfindən də böyük çoşqu və alqışlarla qarşılandı. Azərbaycanda teatra, sənətə, ümumilidə mədəniyyətə xüsusi bir diqqət və qayğı var.
“Yaramaz Mən 3” Azərbaycan dilində təqdim olundu
Uşaqların və böyüklərin sevimli filmi “Yaramaz Mən 3” (Despicable Me 3) Azərbaycan dilində dublyaj ilə Park Cinema Flame Towers-də media üçün təqdim olundu. Park Cinemadan “Olaylar” – a bildirilib ki, tədbirə dəvət olunan jurnalistlər, bloqerlər, məhşurlar və digər qonaqlar filmin öz dilimizdə olmasını müsbət qarşılayıb və bu cür addımların davamlı olmasını diləyiblər. Qeyd edək ki, film Azərbaycanda CinePro şirkətində, Eldəniz Rəsulovun rejissorluğu ilə dublyaj olunub. Dmitriy Batıjev və Teymur Kərimovun səs rejissorları oluğu filmi Abbas Qəhrəmənov (Gru), Elman Rəfiyev (Dru), Hüsniyyə Mürvətova (Lucy), Ofelia Novruz qızı (Valerie), Xələf Cavadov (Clive) və digərləri səsləndiriblər.
“Oyuq”çular beynəlxalq festivalda
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının balaca istedadları növbəti festivala yola düşürlər. Teatrdan "Olaylar" - a bildirilib ki, teatrın nəzdində fəaliyyət göstərən “Oyuq” teatr-studiyasının balaca aktrisa-vokalçıları Bolqarıstanın Varna şəhərində baş tutacaq “Golden Sparkles European Music Festival"ında ölkəmizi təmsil edəcəklər. Ənənəvi olaraq yay aylarında baş tutan və dünyanın müxtəlif ölkələrindən onlarla iştirakçını bir araya gətirən budəfəki festival 28 iyun 5 iyul tarixlərini əhatə edəcək. Azərbaycanla yanaşı tədbirdə İtaliya, Rusiya, Ukrayna, Belarus, Fransa, Yunanıstan kimi ölkələr də təmsil olunacaq.
Kinematoqrafçılar İttifaqında iclas
Kinematoqrafçılar İttifaqının idarə heyətinin növbəti iclası keçirilib. İdarə heyətinin iclasında bir sıra məsələlər müzakirə olunub. İttifaqın sədri, Xalq Artisti, professor Şəfiqə Məmmədova iclasın gündəliyinə uyğun olaraq 2 avqust - Milli Kino Günü ilə əlaqədar fəxri adların təqdimatı, mükafatlandırılması məsələləri, eyni zamanda, “Zaman və məkan” sənədli ssenari müsabiqəsinin keçirilməsi və münsiflər heyətinin seçilməsi ilə bağlı məlumat verib.
Teatr Beynəlxalq Xalq Yaradıcılıq Festivalında iştirak edəcək
Gənc Tamaşaçılar Teatrının kollektivi iyunun 27 – dən iyulun 3 - ə qədər Belarus Respublikasının Mogilyovsk vilayətinin Bobruysk şəhərində keçiriləcək XIV “Dostluq çələngi” adı Beynəlxalq Xalq Yaradıcılığı Festivalında iştirak edəcək. Teatrdan “Olaylar” – a bildirilib ki, beynəlxalq festivalda teatr ölkəmizi Patrik Züskindin “Kontrabas” mono-tamaşası ilə təmsil edəcək. Tamaşada Azərbaycan və Kalmıkiya Respublikalarının Əməkdar Artisti Şövqi Hüseynov kontrabasçı rolunda çıxış edəcək.
Pantomima Teatrında “Bədbəxtlik”
İyunun 24 – də Azərbaycan Dövlət Pantomima Teatrında premyera olacaq. Teatrdan “Olaylar” – a verilən məlumata əsasən tamaşaçılar bu dəfə Anton Pavloviç Çexovun “Bədbəxtlik” əsəri əsasında hazırlanmış eyniadlı səhnə əsəri izləyə biləcəklər. Səhnə əsərində teatrın bütün yaradıcı kollektivi iştirak edəcək.
Teatr mövsümə “Çipollino” və “Yarımçıq qalmış”la yekun vuracaq
Gənc Tamaşaçılar Teatrı özünün 89-cu teatr mövsümünə yekun vurmağa hazırlaşır. Teatrdan “Olaylar” – a bildirilib ki, teatr mövsümə yeni tamaşa ilə nöqtə qoyacaq. İyunun 25 – də beynəlxalq layihə çərçivəsində görkəmli italyan uşaq yazıçısı Canni Rodarinin eyniadlı əsəri əsasında ərsəyə gələn yeni tamaşa - “Çipollino” – nun premyerası gözlənilir. Tamaşanın quruluşçu rejissoru Rostov “Maksimum” teatrının bədii rəhbəri, Rostov İncəsənət məktəbinin rejissorluq kafedrasının müdiri Yelena İvanova, səhnə redaksiyasının müəllifi teatrın baş rejissoru, əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, rejissoru Ayla Həşimova, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Zaur Rəşidov, rəqslərin quruluşçusu əməkdar Artist Nicat Kazımov, rejissor assistenti Günay Qasımovadır.
İtaliyada ilk dəfə olaraq Azərbaycan film festivalı
İyunun 22-24–də Romanın “Villa Borghese” parkındakı tarixi “Casa del Cinema” kino evində İtaliyada ilk dəfə olaraq Azərbaycan film festivalı keçiriləcək. Kinostudiyadan “Olaylar” - a bildirilib ki, festival Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin, ölkəmizin İtaliyadakı səfirliyinin və digər qurumların dəstəyi ilə təşkil olunacaq. Festivalın keçirilməsində məqsəd Azərbaycan ilə İtaliya arasında mədəni əlaqələri gücləndirməkdi. Festivala iyunun 22-də “Əli və Nino” filminin nümayişi ilə start veriləcək. Açılışda filmin nümayişindən öncə İtaliyanın kino və akademik dairələrinin nüfuzlu nümayəndələrinin çıxışları nəzərdə tutulur.
“Transformerlər: Sonuncu cəngavər”
Rejissor Maykl Beyin fantastik blokbasterinin beşinci hissəsinin “Transformerlər: Sonuncu cəngavər” premyerası ərəfəsində filmin 98%-nin IMAX®kameriası ilə çəkib. Bey filmdə unikal kino təəsssüratı yaratmaq üçün IMAX® kamerasının üstünlüklərindən faydalanan dünyaca məşhur rejissorların təcrübəsindən yararlanmaq qərarına gəlib. Rejissor-vizyonçu Maykl Bey “Transfromerlər: Sonuncu cəngavər” filminin çəkilişi üçün iki yeni ALEXA IMAX® kamerasından istifadə edir və nəticədə IMAX®3D formatı tamamilə yeni keyfiyyətə sahiblənir. Və yalnız IMAX-da “Transformerlər” fanatları standart kinozallardan fərqli olaraq 26% daha çox görüntü görə biləcəklər, bu isə öz növbəsində daha möhtəşəm keyfiyyət, filmdən maksimal zövq alma və IMAX®3D formatından unudulmaz təəssüratlar deməkdir. Yeni IMAX fomatında “Transformerlər” izləyicilərə demək olar ki, filmdə baş verən hadisələrə qərq olmağa və avtobotların iştirakı ilə həqiqi döyüşün mərkəzində olmağa imkna yaradır.
.jpg)
.jpg)




.jpg)







