Teatr və kino
“Qara adam” gəlir
İyulun 14 - də HUMAN Teatrında Müasir dünyamızda zorakılığın artması, insanın şəxsiyyətinin təhqir olunması, onun fiziki və mənəvi zorakılığa məruz qalması, insanlar arasında dini, cinsi ayrıseçkiliyin qoyulmasına qarşı növbəti tamaşasını təqdim edəcək. Teatrdan "Olaylar" - a verilən məlumata görə “Anqleter 1925” psixoplastik vəhy, Sergey Aleksandroviç Yeseninin “Qara adam” poemasının motivləri əsasında hazırlanıb. Azərbaycanda ilk dəfə səhnələşdirilən əsərin müəllifi Şamil İbrahimov, plastik həll üzrə rejissor Pərviz Məmmədrzayevdir.
Qarabağ həqiqətlərindən bəhs edən yeni film
Füzulu rayonu ərazisində “Son nəfəsədək” adlı Qarabağ həqiqətlərindən bəhs edən yeni tammetrajlı bədii filmin çəkilişlərinə start verilib. Filmin ssenari müəllifi və baş prodüseri Nurəddin Aslanov, quruluşçu rejissoru Elnur Əliyev, rəssamı Mehriban Əfəndiyeva, redaktoru Kamran Qasımovdur. Filmdə baş rollarda Əməkdar artistlər İlqar Cahangirov, Elşən Rüstəmov, aktyorlar Cavanşir Hadıyev, İlqar Musayev, Vüqar Vəlixanov və başqaları çəkilirlər. Filmin orijinal tərəflərindən biri, Qarabağ müharibəsinin lap ilkin mərhələsindən Xocalı soyqırımına qədər olan dövrü əhatə etməsidir. Film həmin dövrdə son nəfəsinədək igidlik göstərərək, torpağını qoruyan Yavər İsgəndərov və silahdaşlarının döyüş yolundan bəhs edir.
Teatra təşəkkür məktubu ünvanlandı
Gənc Tamaşaçılar Teatrının aktyoru, Azərbaycan Respublikasının və Kalmıkıya Respublikasının əməkdar artist Şövqi Hüseynov Belarus Respublikasının Moqilyovsk vilayətinin Bobruysk şəhərində keçirilən “Dostluq çələngi” adlı xalq yaradıcılığı Beynəlxalq festivalında ölkəmizi təmsil edib. Teatrdan “Olaylar” – a bildirlib ki, dünyanın 25 ölkəsinin iştirak etdiyi festivalda azərbaycanlı aktyorun çıxışı maraqla qarşılanıb. Festivalın idarə heyəti Gənc Tamaşaçılar Teatrının direktoru, əməkdar artist Mübariz Həmidov və Şövqü Hüseynovun ünvanına təşəkkür məktubu və festivalın diplomunu göndərib.
“Davul səsi” mövsümə son qoyacaq
Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrı türk dramaturqu Hidayət Sayının “Davul səsi” əsərinin nümayişinə hazırlaşır. Teatrın mətbuat xidmətindən “Olaylar” – a bildirilib ki, əsər ilk dəfə səhnəyə qoyulur. Tamaşanın məşqləri bir neçə ay əvvəl başlayıb və artıq sona yetməkdədir. Yaxın günlərdə Şəki teatrında premyera baş tutacaq və teatr mövsümə bu əsərlə son qoyacaq. Tamaşanın quruluşçu rejissoru Mirbala Səlimli, quruluşçu rəssamı Nicat Məmmədovdur. Rəqslərə Çingiz Novruzəliyev quruluş verib. Əsas rolları Lalə Məmmədova, Xanlar Həşimzadə, Akif Yusifov, İqrar Salamov, Fidan Lətifova və başqaları canlandıracaqlar.
Türk-Yapon birgə istehsalı olan film təqdim olunacaq
İyulun 6 – da Türkiyə və Yaponiya arasındakı dostluğundan bəhs edən, iki tarixi hadisəni izah edən film nümayiş olunacaq. “Olaylar” “Anadolu” agentliyinə istinadən bildirir ki, Ərtoğrul freqatı faciəsinin 125 – ci il dönümü münasibəti ilə çəkilən "Ərtoğrul 1890" filmi TRT 1 vasitəsilə tamaşaçılara təqdim olunacaq. Ssenarisini Eriko Komatsu'nun qələmə aldığı, rejissoruluğunu Mitsutoshi Tanakanın üstələndiyi filmdə, Seiyou Uchino, Kenan Ece, Shioli Kutsuna, Alican Yücesoy, Yui Natsukawa, Uğur Polat, Yukiyoshi Ozawa, Mehmet Özgür, Deniz Oral və Tamer Levent kimi aktyorlar rol alır.
Annet Beninq festival jürisinə rəhbər təyin olundu
Amerikalı aktrisa Annet Beninq 74-cü Venesiya festivalının münsiflər heyətinə başçılıq edəcək. Festivalın bədii rəhbəri Alberto Barberaın fikrincə, artıq uzun-uzun kişi siyahılarından imtina edib, qadınları beynəlxalq festivalların jürisi roluna dəvət etmək lazımdır. Sonuncu dəfə Venesiya festivalının jürisinə rəhbərlik edən qadın aktrisa Ketrin Denev olub və bu, 2006-cı ildə baş verib.
“Nar bağı” filmi Avrasiya Beynəlxalq Film Festivalında
İlqar Nəcəfin “Nar bağı” bədii filmi Qazaxıstanın 13-cü Avrasiya Beynəlxalq Film Festivalına dəvət alıb. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və “Buta Film” kino şirkətinin birgə istehsalı olan yeni ekran əsəri festivalın əsas müsabiqə proqramında yer alıb. Kinostudiyasından "Olaylar" - a bildirilib ki, festival iyulun 22-dən 28-dək Astanada keçiriləcək.
“Əliqismət Lalayev və Naxçıvan teatrı” kitabı işıq üzü görüb
POSTROFF” nəşriyyatında Naxşıvan teatr tarixinin tədqiqatçısı, görkəmli teatrşünas, əməkdar mədəniyyət işçisi, mərhum Cəlil Vəzirovun “Əliqismət Lalayev və Naxçıvan teatrı” kitabı işıq üzü görüb. Teatrdan “Olaylar” – a bildirilib ki, kitabda Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, Musiqili Teatrının direktoru Əliqismət Lalayevin Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi və Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrındakı fəaliyyətindən, səhnədə canlandırdığı obrazlardan, quruluş verdiyi tamaşalardan, Naxçıvan teatr mühütinə gətirdiyi yeniliklərdən, qazandığı uğurlardan bəhs olunur. Bununla yanaşı, topluda Naxçıvan teatr tarixinə nəzər salınır, paralel müqayisələr aparılır, xüsusiilə də XX əsrin 80-ci illərində Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının fəaliyyəti geniş şəkildə araşdırılır.
89-cu mövsümün son məşqi
Gənc Tamaşaçılar Teatrında F.Dürrenmattın “Dəlixanada qətl” pyesi əsasında eyniadlı tamaşanın məşqlərinə başlanılıb. Teatrdan “Olaylar” – a bildirilib ki, tamaşanı rus dilindən tərcümə edəni Dilsuz Mustafayevdir. Yeni səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatı İradə Muradova, rejissor assistenti Sevda Hacışəmiyevadır.
Musiqili Teatr ən yaxşıları mükafatlandırdı
Musiqili Teatrı iyulun 15-də 107-ci mövsümü yekunlaşdıracaq. Qurumun mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu “Olaylar” – a bildirib ki, mövsümün başa çatması ilə əlaqədar Musiqili Teatrda mükafatlandırma mərasimi olub. Tədbirdə kollektivdə mövsüm boyu yaradıcılıq fəaliyyəti və əməyi ilə seçilən əməkdaşlar mükafatlandırılıb. Tədbiri giriş sözüylə açan teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev mövsüm ərzində görülən işlərdən, qazanılan uğurlardan, yeni mövsümdə qarşıya qoyulan vəzifələrdən, hədəflərdən bəhs edib. Sonra mükafatlandırma mərasimi keçirilib.
Teatr sauna ilə əvəz olunacaq
Adilə Naşit, Gönül Ülkü, Qazanfer Özcan və digərlərinin çıxış etdiyi İstanbul Şişli Teatrının fəaliyyəti dayandırılıb. 45 illik fəaliyyəti olan teatrı 10 ildən artıqdır ki, Ali Poyrazoğlu idarə edir. “Olaylar” “Cumhuriyyet” - ə istinadən bildirir ki, satıldığı deyilən teatrın yeni sahibi məkanı anbar və ya sauna mərkəzi kimi işlədəcəyini bildirib. Buna etiraz edən Ali Poyrazoğlu “ Teatr bizim evimizdi. İndi biz evsiz qaldıq... Məkanın yeni sahibi kimi tanıdığımız Ali Altınman mart ayından bizə təzyiqlərə edərək teatrdan çıxmamızı tələb edirdi. May ayından teatr boşadılıb. ”... deyə, bildirib.
“Nar bağı” filmi “Karlovy Vary” film festivalında
İlqar Nəcəfin “Nar bağı” bədii filmi Çexiyanın “Karlovy Vary” Beynəlxalq Kino Festivalında təqdim olunub. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və “Buta Film” kino şirkətinin birgə istehsalı olan film, festivalın “Qərbin Şərqi” müsabiqə proqramında nümayiş olunub. “Azərbaycanfilm” kinostudiyasından "Olaylar" -a bildirilib ki, nümayişdə iştirak edən İlqar Nəcəf xarici mətbuat nümayəndələri və tamaşaçıları maraqlandıran sualları cavablandırıb.
Yayın ən izlənilməli filmləri – Park Cinemada
Park Cinema yayın 7 ən yaxşı film siyahısını təqdim edir. Ekranlarda kult rejissorların ən gözlənilən və səs-küyə səbəb olan filmləri nümayiş olunacaq: Con Uotts, Kristofer Nolan, Benni Bum, Nikolay Arsel, Devid F. Sandberq 1. “Hörümçək adam: Evə qayıdış” 6 iyul 2017-ci il tarixindən etibarən film IMAX 3D, 3D və 2D formatlarında ekranlara çıxacaq.
“Oyuq”- çular qalib oldu
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdindəki “Oyuq” teatr-studiyasının balaca aktrisa-vokalçıları Bolqarıstanın Varna şəhərində keçirilən “Golden Sparkles European Music Festival"ında iştirak edirlər. Teatrdan “Olaylar” – a bildirilib ki, ölkəmizin üçüncü dəfə təmsil olunduğu bu festivalda studiya fəalları qalib olublar. İngiltərə, İtaliya, Rusiya, Ukrayna, Belarus, Fransa, Yunanıstan kimi ölkələrdən azyaşlı vokalçı-aktrisaların yarışdığı festivalda təmsilçilərimiz Mehrin və Surin Vəlizadələr və Aylin Nəcəfli festivalın bir və ikinci yerlərini qazanıblar. Balacaların triosu münsiflər heyəti qarşısında rəqs və musiqinin sintezində Azərbaycanın xalq mahnısı “Sarı gəlin”i ifa edərək yekdilliklə müsabiqənin birincisi seçiliblər. Azərbaycan və ingilis dillərində təqdim olunan mahnını canlı ifa edən balacalar milli geyimlər (modelyer Könül Vəlibəyli) və atributlarla qurmuş olduqları səhnəciklə Azərbaycanın xalq mahnısını ifaçılar müsabiqəsində layiqli şəkildə təqdim etməyə müvəffəq olublar.
Tarantino nişanlandı
Amerikalı rejissor Kventin Tarantino israilli müğənni Daniela Pik ilə nişanlanıb. “Olaylar” “Gazeta.ru” – ya istinadən bildirir ki, cütlük ilk dəfə 2009 – cu ildə rejissorun filminin reklam çəkilişləri zamanı bir araya gəliblər.. Müğənninin musiqiçi atası Svika Pik də bu birlikdəliyin onların ailəsi üçün xoş xəbər olduğunu açıqlayıb.






.jpg)

.jpg)




