Teatr və kino
Film Komissiyasının fəaliyyəti müzakirə olunacaq
İyulun 26 – da saat 14:00-da Nizami Kino Mərkəzində Azərbaycan Film Komissiyası layihəsinin dəyirmi masa ətrafında müzakirəsi aparılacaq. Mərkəzdən “Olaylar” –a bildirilib ki, müzakirədə Prodüserlər Gildiyasının üzvləri, ölkənin bir sıra mütəxəssisləri iştirak edəcək.
İlham Əsədov “Belarusfilm”- ə dəvət alıb
Gənc Tamaşaçılar Teatrının aktyoru, Kalmıkiya Respublikasının Əməkdar artisti İlham Əsədov “Belarusfilm”dən dəvət alıb. Teatrdan “Olaylar” – a bildirilib ki, aktyor kriminal janrda lentə alınacaq filmdə həbsxana nəzarətçisi obrazını yaradacaq. İlham Əsədovun yaradıcı heyətlə bağladığı müqaviləyə əsasən film haqqında ətraflı məlumat verməsə də bildirib ki, filmin çəkilişlərinə avqustun 5-də başlanılacaq. Bədii filmin 2018-ci ilin may ayında ekranlara çıxarılması planlaşdırılır.
“Dünkirk” təqdim olunacaq
Rejisssor Kristofer Nolanın “Dünkirk” epik dramının çoxdandır gözlənilən premyerası ərəfəsində məlum olub ki, filmin böyük hissəsi IMAX® 2D kamerasının geniş formatlı lenti ilə çəkilib. Nolan filmi öz orijinal ssenarisinə əsasən çəkib və bu tarixi hadisəni böyük ekranda əks etdirmək və özünəməxsus təəssürat yaratmaq məqsədi ilə IMAX® kameralarının bütün imkan və üstünlüklərindən faydalanmaq qərarına gəlib. Yalnız Azercell IMAX kinoteatrında film genişləndirilmiş 1.43:1 nisbətində təqdim olunacaq və bütün ekranı əhatə edərək izləyicilərə standart kinozallardan fərqli olaraq 40% daha çox görüntü izləmək imkanı yaradacaq.
Semih Kaplanoğlundan yeni film
Ssenariri və rejissorluğu Semih Kaplanoğluna məxsus "Buğda" (Grain) filmindən ilk fragment yayınlanıb. “Olaylar” “Anadolu” agentliyinə istinadən bildirir ki, İngilis dilində və çəkilişləri 5 il davam edən film avqustun 12 – də 23 cü Sarayevo Film Festivalında nümayiş olunacaq. "Bal", "Süd" və "Yumurta" trilogiyasının rejissoru Kaplanoğlunun "Buğda" filmində baş rolları Jean-Marc Barr, Ermin Bravo, Qriqori Dobrygin və Cristina Flutura oynayır.
Bosniya Hersoqovinada Türk Fimleri Festivalı
Bosniya Hersoqovinanın Mostar şəhərindəki Türk Filmleri Festivalları start götürüb. “Olaylar” “Anadolu” agentliyinə istinadən bildirir ki, festival Yılmaz Ərdoğanın və Ömər Faruk Sorakın çəkdiyi “Vizontele” filmi ilə açıq élan edilib. “Mostarda Yaz” fəaliyyəti çərçivəsində Mostar Yunus Emre İnstitutu tərəfindən Milli Teatrda keçirilən film nümayişinə Bosniya Herseklileri böyük maraq göstəriblər. “Vizontele” ilə yanaşı Çağan Irmakın "Babam və Oğlum", Yılmaz Ərdoğanın "Şən Hayat", Özhan Erenin "120", Osman Sınavın "Uzun Hikaye", Yavuz Turgul'un "Eşkıya" və Atif Yılmazın "Selvi Boylum Al Yazmalım" filmləri 21 İyula qədər festivalda sinemasevərlərə təqdim olunacaq.
PriFest Beynəlxalq Film festivalı Kosovada başladı
Kosovanın paytaxtı Priştinada bu il doqquzuncusu təşkil edilən Prifest Beynəlxalq Film Festivalı təşkil olunub. “Olaylar” “Anadolu” agentliyinə istinadən bildirir ki, festival Kosova və Niderlandın birgə istehsalı olan "Sevilməyənlər" filmi ilə açıq elan edilib. Zahir Pajaziti meydanında həyata keçirilən və bu il Türkiyənin "qonaq ölkə" olaraq qatıldığı festivalın açılışına, qonşu ölkələrindən çoxlu sayda aktyorlar, rejissorlar və prodüserlərlə birgə, Oscar mükafatı laureatı kanadalı rejissor Paul Haggis də iştirak edib. Festival haqqında PriFestin direktoru Vjosa Berisha məlumat verərkən qeyd edib ki, festival çərçivəsində bu il 80 film nümayiş olunacaq. Bunlardan 40 film 4 ayrı kateqoriyada yarışacaq, digər filmlər isə təqdimat proqramlarında iştirak edəcək.
Dostoyevskidən film çəkəcək
Rejissor Əmir Kusturitsa Dostoyevskinin əsərləri əsasında film çəkəcək. Məşhur rejissor filmi Çində çəkməyi düşünür. “Mən Çin firması ilə müqavilə bağladım. Bu filmdə insanın mənəvi qarışdurmasından bəhs olunacaq. Hansı ki, bu dilemma Dostoyevski yaradıcılığına xasdır. Başqa bir aspektdən, çin cəmiyyətinin gözü ilə Dostoyevski yaradıcılığı təqdim olunacaq. Rus klassikasının mövqeyini müasir dövrə yaxınlaşdırmaq filmin ideyasını təşkil edir”.
Elçin Musaoğlu beynəlxalq film festivalının münsiflər heyətində
Tanınmış Azərbaycan kinorejissoru və ssenaristi Elçin Musaoğlu 13-cü Avrasiya Beynəlxalq Film Festivalının əsas müsabiqə proqramının münsiflər heyətinə dəvət olunub. “Azərbaycanfilm” kinostudiyasından "Olaylar" - a bildirilib ki, festival iyulun 22-dən 28-dək Qazaxıstanın Astana şəhərində keçiriləcək.
Mübariz Həmidov İsrailli həmkarı ilə görüşüb
ADGTT-nın direktoru Əməkdar incəsənət xadimi, ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin prezidenti Mübariz Həmidov İsrailli həmkarı – İsrail Gənc Tamaşaçılar Teatrının direktoru və aktyoru Şaul Tiktinerlə görüşüb. Teatrdan “Olaylar” –a bildirilib ki, işgüzar və yaradıcı şəraitdə keçən görüşdə Azərbaycan-İsrail Teatr əlaqələri və iki teatr truppasının iştirakı ilə yeni layihələrin həyata keçirilməsi barədə müzakirələr aparılmış, sonda İsrail Gənc Tamaşaçılar Teatrının yeni mövsümdə Azərbaycana səfər edərək Dövlət Gənc Tamaşaçılar Teatrında tamaşalar nümayiş etdirilməsi barədə razılıq əldə olunmuşdur.
Teatr mükafatlandırdı
Gənc Tamaşaçılar Teatrında 89-cu teatr mövsümünün yekunlarına həsr olunmuş hesabat iclası keçirilib və ilin “Sima” teatr mükafatı təqdim edildi. Teatrdan “Olaylar” – a bildirilib ki, ilin yekunlarına həsr olunan iclası giriş sözü ilə açan teatrın direktoru, əməkdar artist Mübariz Həmidov mövsüm ərzində əldə edilən uğurlar, təqdim olunan yeni tamaşalar, beynəlxalq qastrol və festivallar, müxtəlif ölkələrlə teatr arasında həyata keçirilmiş aktyor və rejissor mübadilələri haqqında ətraflı məlumat verdi.
Elxan İsmayılov filmə dəvət aldı
Musiqili Teatrının daha bir aktyoru İran İslam Respublikasında filmə çəkilmək üçün dəvət edilib. Teatrının mətbuat katibi Samir Sədaqətoğlu “Olaylar” – a bildirib ki, aktyor Elxan İsmayılov artıq çəkilişlərinə start verilən bədii filmdə əsas rollardan birini - Komandir obrazını canlandıracaq. Film İran İslam Respublikasının tanınmış “Günəşfilm” Studiyası tərəfindən istehsal olunur. Şərti adı “Sərhəd” olan (“Arpa çayı – ayrılıq nəğməsi”) tammmetrajlı bədii filmin quruluşçu rejissoru və ssenari müəllifi İranın ünlü sənətçilərindən biri olan Ali Abdalidir.
Teatr beynəlxalq festivala dəvət aldı
Avqustda Bolqarıstanın Varna şəhərində keçiriləcək Beynəlxalq Monotamaşalar Festivalında ölkəmizi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı təmsil edəcək. Teatr festivalda rejissor Anar Sadıqovun və əməkdar Artist Ayşad Məmmədovun “İuda” monopyesi əsasında hazırladığı tamaşa ilə iştirak edəcək. Səhnə əsərində Ayşad Məmmədov özü çıxış edəcək.
“Nar bağı” daha bir mükafata namizəddi
İlqar Nəcəfin “Nar bağı” filmi 11-ci Asia Pacific Screen Awards (APSA) mükafatına namizədlərin siyahısında yer alıb. “Olaylar” bildirir ki, “Asiya Oskarı” adlanan nüfuzlu mükafat hər il Avstraliyanın Brisben şəhərində təqdim olunur.
Məşhur aktyor vəfat etdi
Türk kinosunun korifey simalarından Fikrət Hakan həyatını itirib. Əsl adı Bumin Ğaffar Çıtanak olan Fikrət Hakan bir müddətdir ağır xəstəlikdən əziyyət çəkirdi. Dr. Lütfi Kırdar Kartal Təhsil və Araşdırma Xəstəxanasında gecə saat 2 radələrində həyatını itirən Fikrət Hakanın 83 yaşı var idi. Həkimlərin bütün müdaxiləsinə baxmayaraq korifey sənətkarın həyatını xilas etmək mümkün olmayıb. Alınan məlumatlara görə, həkimlər təxminən 2 saat onu həyata qaytarmaq üçün bütün səylərini ortaya qoyublar.
Film sərgilər Bakıda
İyulun 16 – da British Council CoolConnections və Park Cinema yeni layihə təqdim ediləcək. Park Cinemadan “Olaylar” – a bildirilib ki, britaniyalı rejissor Fil Qrabskidən yüksək keyfiyyətdə və iri ekranda FİLM-SƏRGİLƏRİ izləniləcək. Londonun Milli qalereyası, Kral İncəsənət Akademiyası və Müasir İncəsənət Qalereyası, habelə Norveç milli muzeyi, Munka muzeyi, Amsterdam Dövlət muzeyi, Mauritshuis Kral Qalereyası və Amsterdamdakı Van Qoq muzeyindən olan sərgilər böyük ekranda yenidən canlanaraq incəsənət sevərlərə təqdim olunacaq. Britaniyalı sənədli film rejissoru Fil Qrabskinin film-sərgiləri London, Oslo, Paris, Nyu-Yorka da müxtəlif muzaylərində sərgilənib.












