Teatr və kino

2 avqust Milli Kino günüdür

2 Avqust 2017 10:33

Bu gün ümummilli lider Heydər Əliyevin 18 dekabr 2000-ci il tarixli sərəncamı ilə hər il avqustun 2-də Milli Kino günü kimi qeyd olunur.  Azərbaycan kino sənətinin tarixi 1898-ci il iyunun 21-dən başlayır. İlk filmlər fotoqraf və nasir Aleksandr Mişon tərəfindən çəkilmiş xronika süjetləri ("Bibiheybətdə neft fontanı yanğını", "Balaxanıda neft fontanı", "Şəhər bağında xalq gəzintisi", "Qafqaz rəqsi" və s.) və bir bədii kinosüjetdən ("İlişdin") ibarət idi. 1915-ci ildə Qafqazda Pirone qardaşlarının açdığı səhmdar cəmiyyətləri (ticarət evləri) tərəfindən Bakı, Tiflis, İrəvan şəhərlərində prokat kontorları yaradılmışdı. 1915-ci ildə adı çəkilən cəmiyyət neft sənayeçilərinin pulu ilə İbrahim bəy Musabəyovun "Neft və milyonlar səltənətində" romanı əsasında eyni adlı ilk Azərbaycan bədii filminin çəkilişinə başladı. Filmi çəkmək ücün Peterburqdan rejissor Boris Svetlov dəvət olunmdu.

Teatr Beynəlxalaq Festivalda iştirak edəcək

1 Avqust 2017 17:08

Akademik Milli Dram Teatrı avqustun 2- dən 8 – dək Bolqarıstanın Varna şəhərində keçiriləcək  Beynəlxalq Monotamaşalar Festivalında ölkəmizi təmsil edəcək. Teatrın mətbuat xidmətindən “Olaylar” – a verilən məlumata görə festivalda rejissor Anar Babalının Əməkdar artist Ayşad Məmmədovun “İuda” monopyesi əsasında hazırladığı tamaşa nümayiş olunacaq. Mədəniyyət və Turizm Nazirliyi və Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə ölkəmizi təmsil edəcək “İuda” səhnə əsəri avqustun 7-də tamaşaçılara təqdim ediləcək. Mono tamaşada Əməkdar artist Ayşad Məmmədov özü çıxış edəcək.

Qalina Şurayeva Gənc Tamaşaçılar Teatrında

1 Avqust 2017 13:40

Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidov ölkəmizdə səfərdə olan B.Basanqov adına Kalmık Milli Dram Teatrının baş direktoru Qalina Şurayeva ilə görüşüb. Teatrdan “Olaylar” – a bildirilib ki, görüş zamanı iki teatr arasında davam edən yaradıcılıq münasibətlərinin gələcəkdə daha böyük layihələrlə davam etdiriləcəyi ətrafında məsələlər müzakirə edilib. Azərbaycan Kalmıkiya mədəni əməkdaşlığında teatrların rolu, qastrol səfərlərinin tamaşaçılar tərəfindən maraqla qarşılanmasının təqdirəlayiq hal olduğu vurğulanıb. Həmçinin Azərbaycan və Kalmıkiya arasındakı qarşılıqlı yaradıcılıq müqaviləsinin növbəti mövsümdə daha da genişləndirilərək maraqlı layihələrin, rejissor və tamaşa mübadilələrinin hər iki ölkə teatrları üçün əhəmiyyətindən danışılıb.

“Nar bağı” mükafatlara layiq görüldü mükafatlara layiq görüldü

29 İyul 2017 19:17

Kinorejissor və kinossenarist İlqar Nəcəfin “Nar bağı” bədii filmi 13-cü Avrasiya Beynəlxalq Film Festivalında mükafatlarla təltif olunub. Kinostudiyadan "Olaylar" - a bildirilib ki, Qurban İsmayılov “Ən yaxşı kişi rolu” mükafatına, film isə “Münsiflər heyətinin xüsusi mükafatı” və FIPRESCI (Beynəlxalq Kinotənqidçilər Federasiyası) tərəfindən “Xüsusi vurğulama”ya layiq görülüb. Film festivalın əsas müsabiqə proqramında təqdim olunub. “Nar bağı” bədii filmini Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası və “Buta Film” kino şirkəti birgə istehsal edib. Filmin ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu rejissoru İlqar Nəcəf, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firudin Allahverdi, icraçı prodüseri Akif Əliyev, prodüserləri Müşfiq Hətəmov və İlqar Nəcəfdir.

Onlar mükafatlandırılacaq

28 İyul 2017 13:08

Avqustun 2 – si  Milli Kino Günü ilə əlaqədar olaraq  Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı bir qrup kino xadimlərinə uzun müddətli səmərəli fəaliyyətlərinə görə pul mükafatları təqdim edəcək. “Olaylar” İttifaqa istinadən bildirir ki, mükafatlar veteran və yubiliyar kino xadimlərinə təqdim olunacaq. Yubiliyarlara mükafat olaraq 450, veteranlara isə 200 manat məbləğində  mükafat ayrılıb. Mükafatçı yubiliyarlar: Xalq artisti Yalçın Heydər oğlu Əfəndiyev,  xalq rəssamı Rafiq Əliş oglu Nəsirov, Əməkdar İncəsənət xadimləri  Rəfail Əli oğlu Qəmbərov, Ənvər Abbasqulu oğlu Əbluç.

Film Komissiyasının fəaliyyəti müzakirə olundu

27 İyul 2017 10:18

Nizami Kino Mərkəzində Azərbaycan Film Komissiyası modelinin tətbiqi ilə bağlı tədbir keçirilib . “British Council Azərbaycan” 2015-ci ilin aprel ayından etibarən Avropa İttifaqının Mədəniyyət və Yaradıcılıq Proqramını reallaşdırır. Proqram çərçivəsində “British Council” Azərbaycanda kinematoqrafiya sahəsinin inkişaf etdirilməsi məqsədilə Film Komissiyası modelinin yaradılmasını nəzərdə tutan layihə həyata keçirir. “British Council” təşkilatının Azərbaycan üzrə direktoru Elizabet Vayt bildirib ki, proqramın məqsədi mədəniyyət və yaradıcılıq sektorlarının Azərbaycan və Şərq Tərəfdaşlığı proqramına daxil olan digər beş ölkədə humanitar, sosial və iqtisadi inkişafa davamlı töhfəsinin dəstəklənməsidir. “British Council” və onun tərəfdaşlarının həyata keçirdiyi proqram 2018-ci ilədək davam edəcək.

“Nar bağı” təqdim olunacaq

26 İyul 2017 15:59

Avqustun 2-də Nizami Kino Mərkəzində “Nar bağı” filminin təqdimatı olacaq. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan filmin rejissoru İlqar Nəcəfdir.

Azərbaycanda ilk lazer proyektoru Park Cinema-da

26 İyul 2017 13:01

Park Bulvar ticarət və əyləncə mərkəzində yerləşən Park Cinema kinoteatrında ilk yeni nəsil lazer kinoproyektoru quraşdırılıb. Bu haqda “Olaylar” – a  kinoteatrlar şəbəkəsinin Marketinq üzrə Direktoru Musa Axundov xəbər verib. Adi proyektordan fərqli olaraq, yeni nəsil lazerli proyektor dolğunluq yaradır və kontrastlığı artırır, beləcə izləyiciyə böyük ekranda maksimal dərəcədə daha aydın görüntü izləməyə imkan yaradır. Proyektorun kontrastlığı artırması filmin görüntüsünə qərq olmağa imkan yaradır, eyni zamanda çox parlaq və çox tünd rəngləri və hamar rəng keçidlərini əks etdirir.

Kinematoqrafçılar İttifaqı müsabiqə elan edir

25 İyul 2017 12:33

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı “Zaman və məkan” adlı qısametrajlı sənədli filmlər üçün ssenari müsabiqəsi elan edib. İttifaqdan “Olaylar”- a bildirilib ki, müsabiqə kinematoqrafiya sahəsində gənclərin yaradıcılıq fəaliyyətini inkişaf etdirmək, gənc və istedadlı müəllifləri aşkara çıxarmaq, həmçinin milli kinomuza yeni fikir, yeni nəfəs gətirmək məqsədilə keçirilir. Müsabiqə həm də digər sahələrdə çalışan gənclərə kino sahəsində özlərini sınamaq imkanı yaratmaq və bununla da mövcud rəqabəti gücləndirmək üçün nəzərdə tutulur. Müsabiqəyə 20 səhifədən çox olmamaq şərti ilə sənədli filmlər üçün ssenarilər qəbul olunur. Hər müəllif üç ssenaridən artıq təqdim edə bilməz. Yaşı 35-ə qədər olan bütün şəxslər müsabiqədə iştirak edə bilər.

Zəfər Algözdən növbəti kitab xəbəri

24 İyul 2017 10:16

Məşhur Türk aktyoru Zəfər Algöz artıq ikinci kitabını tamamlamaq üzrədi. Bu barədə aktyor keçirdiyi mətbuat konfransında məlumat verib. “Olaylar” “Sözcü” – yə istinadən bildirir ki, birinci kitabı “Haşırt Dı Bilekbord” adlanan kitab aktyora böyük uğur qazandırmışdı. İnqilab nəşriyyatında çap olunan kitab daha sonra  11 dəfə təkrar nəşr olunub.

“Davul səsi” mövsümə son qoydu

21 İyul 2017 14:53

Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrı növbəti - 137-ci mövsümü geridə qoyub. Teatrdan “Olaylar” – a bildirilib ki,  mövsümə türk dramaturq Hidayət Sayın “Davul səsi” əsəri əsasında hazırlanmış tamaşanın premyerası ilə yekun vurulub. Tamaşa izləyicilər  tərəfindən maraqla qarşılanıb. Tamaşanın rejissoru Mirbala Səlimli, quruluşçu rəssam Nicat Məmmədovdur. Rəqslərə Çingiz Novruzəliyev quruluş verib.

"Yol ayrımı" təqdim olunacaq

21 İyul 2017 14:28

Yavuz Turgül ilə aktyor  Şener Şenin birgə layihəsi olan  “Yol ayrımı” – nın çəkilişləri tamamlanıb. “Olaylar” “Cumhuriyyet” - ə istinadən bildirir ki, istehsalçı şirkət TMC, prodüsseri Erol Avcı, görüntü rejissoru Uğur İçbakın üstələndiyi film, 100 nəfərlik qrupun 8 həftəlik əməyi ilə sayəsində filmsevərlərə təqdim olunacaq. Şener Şeni filmdə Mazhar Kozanlıyı canlandırıb. Bundan əlavə filmdə  Rutkay Əziz, Çiğdem Selışık Onat, Tilbe Saran, Ruhsar Öcal, Nihal Yalçın, Mert Fırat və Defne Kayalar da yer alıb.

“Azərbaycanfilm” kinostudiyası panel müzakirələrdə

21 İyul 2017 11:53

Ukraynada Odessa Beynəlxalq Film Festivalının kino mütəxəssisləri üçün təşkil olunan İndustriya Günlərində Şərqi Avropa Tərəfdaşlığı Proqramı çərçivəsində Azərbaycanın iştirakı ilə panel müzakirələri keçirilib. Kinostudiyadan “Olaylar” – a bildirilib ki, Almaniya Xarici İşlər Nazirliyinin dəstəyi, Cottbus Beynəlxalq Film Festivalının təşkilatçılığı ilə keçirilən görüşdə Şərqi Tərəfdaşlıq ölkələri olan Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova və Belarusiyanın beynəlxalq kino fəaliyyəti ilə məşğul olan nümayəndələri iştirak edib. Alman təşkilatçılar Azərbaycanı təmsil etmək məqsədilə “Azərbaycanfilm” kinostudiyasının Beynəlxalq əlaqələr üzrə şöbə rəisi Səmayə Əsgərovanı dəvət ediblər. Panel müzakirələrində Tbilisi Beynəlxalq Film Festivalının proqram koordinatoru Ana Çkonia, Odessa Beynəlxalq Film Festivalının baş prodüseri Yuliya Sinkeviç, “Chronograph” Beynəlxalq Sənədli Filmlər Festivalının direktoru Virgiliu Margineanu, “Listapad” Minsk Beynəlxalq Film Festivalının proqram direktoru İqor Sukmanov iştirak ediblər. Müzakirələrin moderatoru Cottbus film festivalının proqram direktoru Bernd Buder olub.